Məhkəmə qərarları › İş №3(012)-1333/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1333/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1333/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4, X2 iştirakları ilə, X9 Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon DYP-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci; 342.2.2-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları göstərilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, guya o xx.xx.2025-ci il tarixində, saat 14:00-da Xırdalan şəhəri ərazisində ərazisində TOYOTA PRİUS (HİBRİD) minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığı dəyişdirmişdir. Halbuki, qeyd edilən hallardan heç biri baş verməmişdir. Polis əməkdaşı onu qanunsuz olaraq Polis İdarəsinə aparmış, onu orada 4 saata vaxtı saxladıqdan sonra sərbəst buraxmışdır. Həmin günün səhərisi sms radar vasitəsilə telefonuna cərimə edilməsi barədə bildiriş gəlmişdir. Belə ki. TOYOTA PRİUS (HİBRİD) minik markalı. **-FY- *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsinin tələbi pozulmamışdır. O polis əməkdaşından qanun tələblərinə riayət etməsini xahiş etsə də o,buna məhəl verməmiş və ona əsassız olan cərimə növü tətbiq etmişdir. Hesab edir ki. Abşeron rayon DYP-nin TP ******* saylı. xx.xx.2025 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və məhkəmə qərarı ilə ləğv edilməlidir. Abşeron rayon DYP-nin TP ******* saylı, xx.xx.2025-ci -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və Abşeron DYP Yol Potrul Xidməti X1 cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şkayətçi X14 şikayəti müdafiə edərək, şikayətinə uyğun izahat vermiş əlavə olaraq izahatında göstərmişdir ki, maşının arxa işıqlarını dəyişərək müasir arxa işıqları ilə əvəzləmişdir. Lakin maşının konstruksiyasında heç bir dəyişiklik etməmişdir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X6 şikayəti qəbul etmədi və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Abşeron DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərardan görünür ki, X14 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi bildirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə haqqında inzibati təhbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X9 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Hazırki vəziyyətdə isə X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X9 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi üzrə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. X7 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında X14 izahatında maşının arxa işıqlarını dəyişdirərək müasir arxa işıqları ilə əvəzlədiyini göstərmişdir. Bununla da X9 nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi üzrə icraata xitam verilməlidir. X5 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi ilə bağlı şikayəti işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qismən, yəni X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin. Həmin hissədə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsi haqqında Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar