Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1335/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri, Cavanşir küçəsi, mənzil 17də qeydiyyatda olan X2 barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X2 xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, idarə etdiyi «VAZ-21074» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölü ətrafında hərəkətdə olarkən avtomobili yüksəksürətlə idarə etməklə, əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, müxtəlif üsullarla yol hərəkəti qaydalarını pozmaqla, davamlı olaraq avtomobil idarə etmişdir. Buna görə X2 Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə X1 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta törətmiş X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Yevlax şəhəri, Cavanşir küçəsi, mənzil 17-də yaşayır. «VAZ-21074» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində küçədə hərəkətdə olarkən idarə etdiyi avtomobili sürətlə idarə etmiş, insanların diqqətini özünə cəlb etməklə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, idarə etdiyi «VAZ-21074» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölü ətrafında hərəkətdə olarkən avtomobili yüksəksürətlə idarə etməklə, əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, müxtəlif üsullarla yol hərəkəti qaydalarını pozmaqla, davamlı olaraq avtomobil idarə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, X1 törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə X1 inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı, işmateriallarınaəlavəolunmuşsənədlər və SD disk ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X2 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə X1 törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1335/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1335/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver