Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1335/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx xxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 20 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 20 aprel 2025-ci il tarixdə X12 Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, manevr qaydasını pozmuş, nəticədə digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı digər nəqliyyat vasitəsində olan sərnişinlər yüngül bədən xəsarəti almışlar. Faktla bağlı Daxili işlər Baş Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabe olan X5 dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis X3 tərəfindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X5 dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2022-ci il tarixli, BC seriyalı, 015938 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Abşderon rayon şöbəsinin 11 mart 2025-ci il tarixli, 520 saylı rəyinə əsasən 1999-cu il təvəllüdlü A.V.Həsənovanın bədənində aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağı, sol sağrı və sağ diz nahiyələrinə geniş sahəli qançırları sol çiyin qurşağı və sağ diz oynaqlarında hərəkət məhdudluluğu ilə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir – qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pözujmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Abşderon rayon şöbəsinin 11 mart 2025-ci il tarixli, 521 saylı rəyinə əsasən 1976-cı il təvəllüdlü N.B.Tanrıverdiyevanın bədənində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının cırılmış yarası, baş-beyin silkələnməsi, döş qəfəsi, qarın, diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir – qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni I xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomaşının I digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pözujmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 18 mart 2025-ci il tarixli məktubuna əsasən 01 noyabr 1961-ci il təvəllüdlü Şəxs 04 aprel 2022-ci il tarixdə BC 015938 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Bakı şəhərindən Müşfiqabad qəsəbəsinə gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 16,5-ci kilometliyınə çatdıqda avtomobili orta zolaqda saatda 70-80 km/sürətlə hərəkətdə baş vermişdir. X2 etibarnamə əsasında idarə etdiyi Saipa markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini yolda müəyyən olunmuş sürət məhtudiyyətindən (60 km/saat sürətdən) çox olan sürətlə idarə edərək təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək qarşıda sağ zolaqda Şəxs idarə etdiyi özünə məxsus olan Opel Vektra markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozaraq dayandığı yerdən sola doğru saatda təxminən 5 km/sürətlə dönmək istəyərkən, Opel Vektra markalı avtomobilin ön sol hissəsi ilə Saipa markalı avtomobilin sağ yan hissəsi arasında hərəkət hissənin sağ kənarından sola doğru 4,7 metr məsafədə toqquşmuş və nəticədə sərnişinlər X4, X8 və X1 yüngül bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir; Daxili işlər Baş Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabe olan X5 dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis X3 tərəfindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi və icra olunması üçün Baş X16 İdarəsinin YPXA-na göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1335/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1335/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver