Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1336/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X3 iştirakı ilə X3 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis-polkovniki X5 MN ******* saylı, 20.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis-polkovniki X5 MN ******* saylı, 20.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron rayonu, Gənclər şəhərciyi, ev 14, mənzil 32-də yaşayan X11, 05.03.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, qonşusu ilə münaqişə edərək anasını yumruqla vurması barədə məlumat vermişdir. Eyni zamanda Abşeron rayonu, Gənclər şəhərciyi, ev 14, mənzil 32-də yaşayan X8 ərizə ilə müraciət edərək, 05.03.2021-ci il tarixdə adını bilmədiyi qonşusu tərəfindən döyülməsini bildirmişdir. İzahatı alınmış X8 bildirmişdir ki, 05.03.2021-ci il tarixdə qonşuluqda aşağı mərtəbədə yaşayan Saday adlı şəxs qapını döyüb onlara sakit olmalarını xahiş etmiş və onlarda yaranan səs-küyün onları narahat etməsini söyləmişdir. O, da Sadaya səs-küy salmadıqlarını və münaqişə etmədikləri cavabını vermişdir. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Lakin onun dedikləri və qapını döyüb bu barədə irad bildirmələri onu əsəbləşdirmiş və yüksək səslə oğlu ilə danışmağa başlamışdır. Daha sonra Sadayın adını bilmədiyi oğlu təkrar onların yaşadığı ünvana gəlmiş və onların rahatçılıqlarının pozulmasını demişdir. Bu zaman o əsəbləşərək onlarla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Sadayın oğlu yumruq ilə onun sinəsindən vurub kənara itələmişdir. Zərbənin gücündən o yerə yıxılmışdır. Yaranmış səs-küyə qonşular yaxınlaşaraq onlara irad bildirmişdirlər. Bundan sonra onlar oradan çıxıb getmişdirlər. Baş vermiş mübahisənin 10-15 dəqiqə davam etdiyini göstərmişdir. İzahatı alınmış X11 da, anası X2 izahatına uyğun izahat vermişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən onun da izahatı alınmışdır. O, izahatında 05.03.2021-ci il tarixdə barəsində verilmiş şikayət ilə tanış olaraq, bildirmişdir ki, təxminən 7 ildən artıqdır ki, Abşeron Gənclər Şəhərciyində ailə üzvləri ilə birlikdə yaşayır və barəsində şikayət edən şəxsi təxminən 1 ildir ki, tanıyır. Həmin şəxslər yaşadığı mənzildə ailə daxili bir-biriləri ilə münaqişələr yaradaraq onların və digər qonşuların rahatçılıqlarını ciddi şəkildə pozurlar. 05.03.2021-ci il tarixdə təxminən saat 22 radələrində həmin sözügedən mənzildən təkrar yüksək tonla səs-küy, nalayiq küçə və dava-dalaş səsləri eşitmiş, həmin vaxt atası ona bildirdi ki, gedib mənzildə yaşayan şəxslərə sakit olmalarını söyləmişdir. O da atasının xahişindən sonra həmin mənzilə getmiş və qapını döyərək orada yaşayan şəxslərdən sakit olmalarını xahiş etmişdir. Onlar isə səs-küy salmamalarını və müxtəlif bəhanələr gətirdiklərini görüb geri öz yaşadığı mənzilə qayıtmışdır. Lakin bundan sonra yenə də həmin şəxslər daha da yüksək şəkildə səs-küylərini davam etdirdilər. Təxminən 10 dəqiqədən sonra o, atası Saday Kərimovla birlikdə həmin qonşuların yaşadığı mənzilə gedib səs-küy etməmələrini tələb etmişlər. Bu zaman mənzildən çıxan qadın onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış və üzərlərinə hücum çəkmək istəyərkən evdə yaşayan digər şəxslər həmin qadını sakitləşdirib evə salmışlar. Mübahisənin sözlə təxminən 3-4 dəqiqə davam etdiyini, həmin vaxt isə heç kimi vurmadığını izahatında bildirmişdir. Lakin ona məlum olmayan Məhkəmə-Tibbi Ekspertizasının 469 nömrəli rəyindən görünür ki, 1954-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət- alt çənənin qançırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Bildirir ki, Məhkəmə-Tibbi Ekspertizasının 10.03.2021-ci il tarixli 469 nömrəli rəyi həqiqətləri əks etdirmir. O, ümumiyyətlə xanıma əl belə qaldırmamış, onların təxmini 3-4 dəqiqəlik söz mübahisəsi olmuşdur. X6 verdiyi izahatında guya onu sinəsindən itələdiyi qeyd etmişdir. Lakin Məhkəmə-Tibbi Ekspertizasının 10.03.2021-ci il tarixli 469 nömrəli rəyində isə onun çənəsindən vurduğu üçün çənəsində qançır əmələ gəlmişdir. X18 kişi qızının izahatı və Məhkəmə-Tibbi Ekspertizasının 10.03.2021-ci il tarixli 469 nömrəli rəyi yalandan ibarətdir. Onların səs-küyündən bezdikləri və eşitdikləri nəlayiq sözlərə görə mübahisələrini aşağı səs tonunda etmələrini və qonşular onların bir-birlərinə deyən küçə söyüşləri eşitməmələrini xahiş etmişdir. X6 isə qərəzli olduğu üçün onlara şər atmış və əsassız şəkildə qərarın qəbul edilməsinə səbəb olmuşdur. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən 15.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərardan narazıdır və ləğv olunmasını tələb edir. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Abşeron RPİ-nə və X4 məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə, eyni zamanda telefonla protokolu tərtib etmiş şəxsə məlumat verilsə də, özü və nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Abşeron RPİ-nin nümayəndəsinin və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən 15.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə gömdərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı, 20.05.2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulan xətanı tərətməsi heç bir sübuta əsaslanmadığından qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 şikayəti əsaslı olduğundan, təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı, 20.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin edilsin. X3 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis-polkovniki X5 MN ******* saylı, 20.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1336/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1336/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver