Məhkəmə qərarları › İş №3(012)-1342/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1342/2020

05.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1342/2020 05.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xanpura qızının və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Xanpura qızının barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Xanpura qızı barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda onun xx.xx.2020-ci il tarixdə saat 22:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Çinar” adlı kafedə olan zaman ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozması, bununla da Şəxs Xanpura qızının Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 22:45 radələrində polis əməkdaşları ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xidmətdə olan zaman qeyd olunan ərazidə yerləşən “Çinar” adlı kafenin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 294 saylı qərarına zidd şəkildə gec saatlarədək fəaliyyət göstərməsini müəyyən etmişlər. Polis əməkdaşları dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş və Şəxs Xanpura qızının orada olan şəxlərin arasında olması müəyyən edilmişdir. Bununla da Şəxs Xanpura qızı ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs Xanpura qızı barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Xanpura qızı ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə 22:45 radələrində çalışdırdığı Abşeron rayonu, Xırdalan şəhəri ərazsində yerləşən “Çinar” adlı kafedə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onları Abşeron Rayon Polis İdarəsinə dəvət edərək barələrində inzibati xəta haqqında protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs Xanpura qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs Xanpura qızı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Xanpura qızının əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xanpura qızının Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan RespublikasınınİXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Xanpura qızının törətdiyi əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs Xanpura qızının məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs Xanpura qızına inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Xanpura qızı Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar