Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1343/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X6 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, cavabdeh "xxxx" MMC-dən 17 yanvar 2018-ci il tarixli № 219A/2018 saylı “alğı-satqı" müqaviləsi əsasında yaranmış, 12.995,34 manat əsas borc, 200 manat cərimə olmaqla, ümumilikdə 13.195,34 manat məbləğində pul tutularaq, iddiaçı "Rəmzi-S” MMC-yə ödənilməlidir. X5 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-217/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. X3 hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu X2 hərəkətləri nəticəsində icra vərəqəsini tam icra etmək mümkün olmamışdır. Görülmüş icra tədbirləri nəticəsində heç bir ödəniş edilməmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 verdiyi izahatında göstərmişdir ki, icra sənədindən məlumatlıdır, hazırda borcu tamamilə ödəməyə imkanı yoxdur. Həmçinin "xxxx" MMC-in rəhbəridir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin rəhbərlik etdiyi "xxxx" MMC hüquqi şəxs olmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, X5 barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kpmmersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC-nin rəhbəri X4r. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclunun hüquqi şəxs olması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış material Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1343/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1343/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver