Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1348/2021 01.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ-nin nümayəndəsi X2 və Şəxs MMC-nin qanuni təmsilçisi X4 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: (VÖEN:**********, hüquqi ünvanı:ünvan 1blikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi üzrə MN ******* saylı protokol məhkəməyə daxil olmuşdur MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Jebe 9, MK-23 ünvanında Şəxs MMC-yə məxsus kərpic zavodunun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qazların zərərsizləşdirilmədən qaz-toz tutucu qurğu olmadan tüstü buraxılması nəticəsində Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X5 inzibati xətanın törədilməsini qəbul etmədi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ-nin nümayəndəsi X3 aparılan Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ tərəfindən tərtib edilmiş 69637 nömrəli aktdan görünür ki, 04 saylı RETSİnin 15 aprel 2021-ci il tarixli 30 saylı sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xətt xidmətinə Abşeron rayonu, Xırdalan şəhəri, jebe-9, MK-23 ünvanında yaşayan Etimad Əliyevin kərpic zavodundan gələn tüstü və iy-qoxunun sakinləri narahat etməsi ilə bağlı müraciəti şikayətçinin və kərpic zavodunun nümayəndəsi Nümayəndə iştirakı ilə yerində araşdırılmışdır. X1 və qonşuların birgə verdiyi yazılı izahatda yaşadıqları ərazidə fəaliyyət göstərən kərpic zavodundan çıxan tüstü və qurumun həyətlərinə daxil olduğunu, tüstüdən nəfəs ala bilmədiklərini zavodun fəaliyyəti zamanı mazut və təkər yandırıldığını bildirmişdir. Araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən ÜSTÜN-K” MMC-yə məxsus kərpic zavodunun nümayəndəsi Nümayəndə verdiyi yazılı izahatda kərpic sexində qaz xətti olmadığı üçün yanma zamanı mazutdan istifadə etdiklərini, qaztutucu qurğusunun olmadığına görə əmələ gələn qurumun ətrafa yayıldığını və eyni zamanda sexə aid hüquqi sənədlərin sahibi Əlövsət Qubuşovda olduğunu bildirmişdir. Qeyd olunan əraziyə baxış keçirilərkən kərpic zavodunun fəaliyyəti zamanı atmosfer havasında qatı tüstünün və qurumun ətrafa yayılması aşkar edilmişdir. Araşdırma aparılan müddətdə kərpic zavodunun fəaliyyəti atmosfer havasına atılan zərərli qazların zərərsizləşdirilməsi üçün tüstü bacasında qaztoz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Bununla da ÜSTÜN-K” MMC tərəfindən Atmosfer havasının mühafizəsi haqqında qanun 12.1 və 14.7-ci maddələrinin tələbləri pozulmuşdur. Verilmiş izahatlar və ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ tərəfindən verilmiş 19.04.2021-ci il tarixli məktubdan görünür ki, yaşadıqları ərazidə kərpic zavodundan gələn tüstünün və iy-qoxunun sakinləri narahat etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xətt xidmətinə daxil olmuş müraciət əməkdaşlar tərəfindən kərpic zavodunun nümayəndəsi Nümayəndə və onların iştirakları ilə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən ÜSTÜN-K” MMC-yə məxsus kərpic zavodunun nümayəndəsi Nümayəndə verdiyi yazılı izahatda zavodda qaz xətti olmadığı üçün yanma zamanı əmələ gələn qurumun ətrafa yayıldığını və eyni zamanda o müəssisəyə aid hüquqi sənədlərin sex sahibi Əlövsət Qubuşovda olduğunu bildirmişdir. Qeyd olunan əraziyə baxış keçirilərkən Kərpic zavodunun fəaliyyəti zamanı atmosfer havasına qatı tüstünün və qurumun ətrafa yayılması aşkar edilmişdir. Araşdırma zamanı kərpic zavodunun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qazların zərərsizləşdirilməsi üçün tüstü bacasında qaztoztutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Faktla bağlı ÜSTÜN-K” MMC-yə akt və inzibati qaydada protokol tərtib edilmiş, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda kərpic zavodun fəaliyyəti zamanı atmosferə atılan zərəli tullantıların qarşısının alınması məqsədilə İdarə tərəfindən ÜSTÜN-K” MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli göstəriş verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ”ÜSTÜN-K” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunun 14.7ci bəndinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Məhkəmə Şəxs MMC–nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslərin iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə olunması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin və həmin məbləğ Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1348/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1348/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver