Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1348/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 24664941 nömrəli və EQ 24983530 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 24664941 nömrəli və EQ 24983530 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatəti Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Vəsatətdə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:24 radələrində Abşeron rayonu Masazır-Novxanı yolu “Azpetrol” YDM istiqamətində, quraşdırılmış video müşahidə kamerası tərəfindən istifadəsində olan "VAZ 2107" markalı **-LF-*** d.q.n-lı avtomobilin hərəkətdə olduğu zaman foto şəkilləri çəkilərək barəsində İXM-nin 332.3-cü maddəsinə əsasən inzibati xəta haqqında EQ/24664941 saylı elektron protokol tərtib edilmişdir. Təkrarən xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində Abşeron rayonu, Şıxəli Qurbanov (Mehdiabad) 27 istiqamətində quraşdırılmış video müşahidə kamerası tərəfindən istifadəsində olan "VAZ 2107" markalı **-LF-*** d.q.n-lı avtomobilin hərəkətdə olduğu zaman foto şəkilləri çəkilərək barəsində İXM-nin 332.3-cü maddəsinə əsasən, inizibati xəta haqqında EQ/24983530 saylı elektron protokol tərtib edilmişdir. O, barəsində İXM-nin 332.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar barədə təqribən 1 həftə sonra "Asan Pay" sisteminə başqa bir məsələ ilə əlaqədar daxil olduğum zaman məlumatlı olmuşdur. Buna görə də məhkəməyə müraciət etmək üçün ötürülmüş müddət üzürlü hesab edilməli və bərpa edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 bildirdi ki, "VAZ 2107" markalı **-LF-*** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsus olsa da, inzibati xəta törədilən vaxt onun avtomobilini qohumu idarə etmişdir. Həmin avtomobili idarə etmək üçün qohumuna etibarnamə verməmişdir. Onun barəsində tərtib edilmiş elektron qərar onun mobil telefonuna göndərilmiş olsa da, mobil telefonu xarab olduğundan həmin qərardan telefonunu düzəltdikdən sonra məlumatı olmuşdur. Bu səbəbdən də şikayət vermə müddətini ötürmüşdür. Hesab edir ki, onun barəsində tərtib edilmiş qərarlar qanunsuz və əsassızdır. Odur ki, vəsatətinin təmin edilməsi və ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilmiş orqanın ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, həmin orqanın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İş materiallarına Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 24664941 nömrəli və EQ 24983530 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın almamasını təsdiq edən rəsmi sənəd əlavə edilməmiş, lakin şikayətin məzmunundan və özünün izahtından görünür ki, X2 qərardan məlumatlı olmuşdur. Qərar özü də göründüyü kimi elektron qərardır. Hansıki elektron qərarlar barədə məlumat dərhal verilir. İXM-nin 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 24664941 nömrəli və EQ 24983530 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 24664941 nömrəli və EQ 24983530 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun və şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1348/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1348/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver