Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1349/2022 09.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi Komissiyası tərəfindən tərtib edilmiş 11 avqust 2022-ci il tarixli, MN ******* saylı qərardan X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi Komissiyası tərəfindən tərtib edilmiş 11 avqust 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası tərəfindən qəbul edilmiş 11 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz olaraq qəbul edilmiş qərardır. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının 11 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının çıxarılmasına əsas olmuş Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı hazırda Abşeron Rayon Məhkəməsinin icraatında mübahisələndirilir. Belə olan halda Abşeron Rayon İcra Hakimiyyəti barəmdə olan 11 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı hansı əsasla çıxarmışdır. Həmçinin həmin qərarın mübahisələndirilməsi barədə şikayətin surəti 02 avqust 2022-ci il tarixdə həm Abşeron Rayon İcra Hakimiyyətinin poçt adresinə və həm də elektron poçt adresinə göndərilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının 11 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman onun izahatının alınmasına zərurət görülməmiş, ümumiyyətlə heç bir araşdırılma aparılmamış, Abşeron Rayon icra Hakimiyyəti yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası işə yalnız Abşeron Rayon Polis İdarəsinin göndərdiyi materiallar üzrə baxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Abşeron Rayon İcra Hakimiyyəti yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası nəinki inzibati xətanın törədilməsi məsələsinin araşdırılması ümumiyyətlə inzibati xətanın nə vaxt baş verməsi, necə baş verməsi barədə heç bir araşdırma aparmadan məhkəmədə mübahisələndirilməsi üzrə işi gedən Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarını əsas tutub barəsində inzibati tənbeh tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi ərizə verərək şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 məhkəmədə iştirak etməklə şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və 40 (qırx) manat cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, qərarda onun əməlinin nədən ibarət olması, nə vaxt və harda törədilməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinin tələblərindən görünür ki, X1 tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Sözügedən inzibati xəta haqqında iş üzrə isə X3 əməlində həmin maddənin dispozisiyasında göstərilən hansı pozuntunun nədən ibarət olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə X3 əməlində qeyd olunan inzibati xəta tərkibinin olub olmamasının araşdırılması və xətanın nədən ibarət olmasının müəyyən edilməsi məqsədilə şikayətin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi Komissiyası tərəfindən tərtib edilmiş MN ******* saylı 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və 40 (qırx) manat cərimə edilmişdir. Halbuki, X3 əməlinin nədən ibarət olması, xətanın baş verdiyi yer və tarix müəyyən olunmamışdır. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 189.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon İcra Hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi Komissiyasının 11 avqust 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi ilə qəbul olunmuş 11 avqust 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron rayon İcra Hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi Komissiyasına göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1349/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1349/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver