Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1349/2023 10.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron ray, Xırdalanşəh, H.Əliyev pr RPİ qeydiyyatda olan yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-dən daxil olmuş İXM-nin 206-cı maddəsi üzrə inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan Şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda olmayan narkotik vasitə olan marixuananı üstündə saxlamaqla şübhəli kimi Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə Saray PB-nin Növbətçi Hissəsinə gətirilmişdir. Şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti tətbiq edilmişdir. Prosedur başlamazdan öncə Şəxs üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması sual verilmiş və müsbət halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan, 1 ədəd ağ rəngli kağızıa bükülmüş narkotik vasitə olan marixuana olduğunu və onu Bakı şəhərindən tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş kütlə ekspertiza tədqiqatına təqdim olunması üçün tərəfimdən qablaşdırılaraq götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində mağazadan pivə alıb içdikdən sonra Elməddin adlı şəxsin “Grand Tenault SCENİC’ markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, Bundan sonra onun idarə etdiyi avtomobili Abşeron rayonu Novxanı kəndi ərazisində saxlanılmışdır. Həmin vaxt YPX-nin əməkdaşları Elməddinə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onları polis bölməsinə dəvət etdilər. Onlar polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişlər Saray PB-də ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş. Əvvəlcə ona hüquq və vəzifələrim izah olundu. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərimdə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşuldu. O da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 1 (bir) ədəd ağ rəngli kağıza bükülmüş qurudulumuş marixuanaya bənzər kütləni təqdim edərək marixuana olmasını bildirmiş, o, həmin maddəni xatırlamadığı gündə taksi kimi fəaliyyət gösərdiyi avtomobildə tanımadığı müştəridən 10 manat müqabilində almışdır. Öz şəxsi istifadəsi üçün üzərində saxlamış. Üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində olan marixuana zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində üç azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc mənbəyi olmasını əsas gətirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş CMS-AZEMİS Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlıxx.xx.2010-cü il təvəllüdlü Nəzrin, xx.xx.2016-ci il təvəllüdlü Vəli və xx.xx.2020-ci il təvəllüdlü Ümid adlı uşaqları var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, A/1154 nömrəli aktından görününr ki, Şəxs müayinəsi zamanı onda yüngül dərəcəli sərxoşluq vəziyyəti və narkotik vasitələrdən istifadə əlamətləri aşkar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1349/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1349/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver