Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-135/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 30 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən “A+CO” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə şikayət ərizəsi verərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 inzibati tənbeh vermə haqqında 30 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-135/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş, Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-135/2024 saylı qərarı ilə Abşeron rayon Məhkəməsinin 3(012)-135/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 tərəfindən xx.xx.2023-cü il tarixli 3-17- 512- 54900/2023 saylı məktub xx.xx.2024-cü il tarixində Cəmiyyətə daxil olmuşdur. Həmin məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN Nol291418 saylı Qərar icra olunması üçün göndərilmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında 30 dekabr 2023-cü il tarixli MN No ******* savlı qərarda qeyd olunmuşdur ki, 20 dekabr 2023-cü il tarixli MN1744285 saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, “A+CO” ASC-nın direktoru vəzifəli şəxsi Nümayəndə2 tərəfindən X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və bu səbəbdə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyimə görə 1700 (bir min yeddi yüz manat) məbləğində inzibatı cərimə tətbiq edilmişdir. Barəsində qəbul edilən qərar tam qanunsuzdur və o özümü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, X9 xx.xx.2023-cti il tarixində “A+CO” ASC-ə işə qəbul edilməsi barədə ərizə yazmış və eyni tarixdə “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Parakəndə Satış bölməsində Satış üzrə təcrübəçi vəzifəsinə təyin edilməsi barədə 082K saylı Əmr qəbul edilmişdir. Cəmiyyətlə X9 arasında xx.xx.2023-cti il tarixində Əmək müqaviləsi və X11 haqqında müqavilə bağlanılmışdır və şəxsə vəzifə öhdəlikləri izah edilmişdir. Daha sonra X9 tərəfindən Cəmiyyətə Satış üzrə təcrübəçi vəzifəsindən Kommersiya Departamentinin Satış Şöbəsinin Pərakəndə satış bölməsində Satış təmsilçisi vəzifəsinə keçirilməsi barəsində köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ünvanlanmışdır və bununla əlaqədar Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli 106K saylı Əmr qəbul edilmişdir. Belə ki, satış təmsilçisi kimi işlədiyi dövrdə, dislokasiyasında uyğunsuzluqlar aşkar edilmişdir və bu uyğunsuzluqlann yoxlanılması məqsədiylə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində təhvil-təslim prosesi keçirilmiş və X9 tərəfindən maddi mənimsəmə halı aşkar edilmişdir. Bununla yanaşı, onun tərəfindən 18 sentyabr 2023-cü il tarixli 241/1K saylı və 20 oktyabr 2023-cü il tarixli 281/1K “Öhdəliklərin, hesablaşmaların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi barədə” əmrlər tərtib olunmuşdur. 18 sentyabr və 20 oktyabr 2023-cü il tarixlərində X6 dislokasiyasında olan ticarət nöqtələrindəki uyğunsuzluqlan özündə əks etdirən təqdimatlar tərtib olunmuşdur. Lakin, şəxs proseslərdə iştirak etməkdən, təhvil-təslim zamanı yaranmış uyğunsuzluqlar barədə izahat yazmaqdan imtina etmişdir. Cəmiyyət tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində X7 məktublar ünvanlanmış və həmin məktublarda bildirilmişdir ki, tərəflərindən məktub ünvanınıza çatdığı tarixdən 3(üç) iş günü müddətində işə gəlməməyə və təhvil-təslim prosesinin araşdırılmasında iştirakdan yayınmağa davam edildiyi təqdirdə “A+CO” ASC-ə vurduğunuz maddi ziyana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (ARƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinadən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndində qeyd edilən əsaslarla işdən azad olunacasız və vurduğunuz maddi ziyana görə məhkəməyə müraciət ediləcəkdir. Lakin, tərəflərindən atılan addımlara baxmayaraq, X9 işə gəlməməyə davam eləmiş və təhvil-təslim proseslərindən yayınmışdır. Bunun nəticəsində X2 Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) 13 noyabr 2023-cü il tarixli 298K saylı əmrlə işdən azad edilmişdir. X3 öz fəaliyyətində qanunsuzluğa yol vermiş, şirkətə maddi ziyan vurmuş və işə qanunsuz olaraq gəlməmişdir. Bu səbəblərə görə də, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və barəmdə İXM-in 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmənin əvvəlki iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə5 şikayətin təmin edilməmişini, qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmiş və bildirmişdir ki, Nümayəndə2 şikayəti tam əsassızdır və təmin edilməməlidir. X8 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün dəyişiklik edilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, A+CO MMC-nin direktoru Nümayəndə2 tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmaqla X5 əmək müqaviləsinə xitam verilmişdir. Həmin tələblərə əsasən “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verdikdə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.” ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, yalnız işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını və ya vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə mülkiyyətçinin maraqlarına ziyan vurduqda onun əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin, Nümayəndə2 işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, amma həmin normanın tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini imzaladığı əmrin mətnində və yaxud əmrə əlavə edilmiş sənədlərlə əsaslandıra bilməmişdir. Əmrdə yalnız MMC-nin Təftiş şöbəsinin təqdimatına istinad edilmişdir. Həmin təqdimatda isə, işçinin hansı qanunazidd və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə ziyan vurulduğu müəyyən edilməmişdir. Beləliklə, A+CO MMC-nin direktoru Nümayəndə2 tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “c” bəndində nəzərdə tutulmuş “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması” əsası ilə xitam verilmiş, amma əmrdə, yalnız həmin işçinin öhdəsində olan avadanlıq və mallarda olan çatışmazlıqlarla bağlı təqdimat əsas götürülmüşdür. Amma, işəgötürənin əmrinin əsası olmuş ƏM-nin 72-ci maddəsinin mətnindən görünür ki, birinci növbədə işçinin təqsiri müəyyən olunmalıdır. Avadanlıq və mallarda çatışmazlıqların olması, həmin çatışmazlıqların işçinin hansısa qanunazidd olan təqsirli hərəkət və ya hərəkətsizliyinin, yəni ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasının və ya vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin nəticəsi olaraq yarandığı demək deyil. Həmçinin, həmin çatışmazlıqların işçinin təqsiri nəticəsində yarandığını təsdiq edən hər hansı hal və yaxud sənədə, hüquq mühafizə orqanlarının və yaxud məhkəmənin mötəbər və etibarlı aktlarına işəgötürən tərəfindən istinad edilməmişdir. Eyni zamanda, sözügedən çatışmazlıqların işçinin təqsiri nəticəsində yarandığını işçinin özü tərəfindən qəbul olunması barədə hər hansı sənəd də mövcud deyil. Əksinə işçi X8 Xidmətinə müraciətində çatışmazlıqların onun təqsirindən yarandığını təkzib etmiş və bununla bağlı Nümayəndə2 hərəkətlərini qanunsuz hesab etmişdir.Mülkiyyətçiyə ziyanın vurulması ilə bağlı işçinin təqsiri müəyyən olunduğu təqdirdə isə, bu işçinin hər bir halda hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olur. Mülkiyyətçiyə ziyan vurulması ilə bağlı mənimsəmə, qəsdən və ya ehtiyatsızlıqdan ziyan vurmaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 186, 187-ci maddələri ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bundan əlavə, işçinin mülkiyyətçiyə qanunazidd və təqsirli ziyan vurması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq həm də, işçinin maddi məsuliyyətinə səbəb olur. Lakin, işəgötürən bu halların hər hansı birinin baş verdiyini və yaxud mövcudluğunu müəyyən edə bilməmişdir. Buna görə də, işçi ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsi ilə ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun sayılmır. İşəgötürən tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq əmək müqaviəsi ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Nümayəndə2 əməlində İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və o, bu maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Bununla əlaqədar olaraq, Nümayəndə2 şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə şikayətçi və qərarından şikayət edilmiş orqana bildirişlər göndərilmiş,lakin, şikayətçi və qərarından şikayət edilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə şikayətçinin və qərarından şikayət edilmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, “A+CO” ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “A+CO” ASC-in direktoru Nümayəndə2 298K №-li xx.xx.2023-cü il tarixli əmrində göstərilir ki, X9 xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. xx.xx.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünürki, “A+CO" ASC-nin əmək müqaviləsi üzrə satış üzrə təcrübəçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, işəgötürən “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1700 manat məbləğində cərimə edilmişdir. “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ünvanlanmış bildirişə əsasən ASC tərəfindən göndərilmiş məktub yaşayış ünvana çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyə və təhvil-təslim prosesinin araşdırılmasında iştirakdan yayınmağa davam edildiyi təqdirdə “A+CO” ASC-ə vurulan maddi ziyana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilən əsaslarla işdən azad olunacağı və vurulmuş maddi ziyana görə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, “A+CO” ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozduqda ləğv edilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, «A+CO” ASC-in direktoru X.Qasınovun xx.xx.2023-cü il tarixli 298K saylı əmri ilə Satış üzrə təcrübəçi vəzifəsində işləyən X9 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin, «A+CO” ASC-in direktoru Nümayəndə2 Əmək Məcəlləsinin tələblərinə əsasən X6 əmək stajına uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilməzdən ən azı 02 təqvim həftəsi əvvəl həmin şəxsi rəsmi xəbərdar etməli olduğu halda, bunu etməmiş, həmin şəxsə iş axtarmağa imkan yaradılmamış və bununla da, Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmuşdur. Bundan başqa, “A+CO” ASC-də satış təcürbəçisi vəzifəsində çalışan X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb sonuncunun satış təcürbəçi kimi işlədiyi dövrdə maddi mənimsəmə faktının aşkar edilməsi göstərilmişdir. Əmrlə təhviltəslim prosesi keçirilmiş və şəxsin etmiş olduğu pozuntular aşkar edilmişdir. “A+CO” ASC pozuntunun aşkar edildiyi gündən 1 təqvim ayı müddətində intizam tənbehini tətbiq edə biləcəyi halda etməmiş, bundan sonra əmrlə təkrar yoxlama keçirmiş və yoxlamanın nəticələri olaraq xx.xx.2023-cü il tarixli 298K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən şəxs işdən azad edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi “A+CO” ASC-də satış təcrübəçisi vəzifəsində çalışan X9 ilə bağlanan əmək müqavilənin ləğv edilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarı və inzibati xəta haqqında protokolu tərtib etməkdə səlahiyyətli olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Plenumum qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X8 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salmır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Göründüyü kimi, qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. X8 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlann tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Belə olan halda məhkəmə göstərilən dəlillərlə razılaşmayaraq, hesab edir ki, “A+CO” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “A+CO” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin və və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-135/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-135/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver