Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1350/2023 10.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh, Yasamal ray, Kənar dairəvi küç, ev 11, m 86 -da qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda olmayan narkotik vasitə olan marixuananı üstündə saxlamaqla şübhəli kimi Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə Saray PB-nin Növbətçi Hissəsinə gətirilmiş, Şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti tətbiq edilmişdir. Prosedur başlamazdan öncə Şəxs üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub- olmaması sual verilmiş və müsbət halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Şəxs etibarnamə əsasında idarə etdiyi Renault markalı **-BR-*** dövlət nömrə nişanlı avtomaşının sol sürücü oturacağının ayaqaltısında olan, 2 ədəd ağ rəngli kağızıa bükülmüş narkotik vasitə olan marixuana olduğunu və onu Bakı şəhərindən tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün avtomaşınında saxladığını bildirmişdir. Təqdim edilmiş kütlə ekspertiza tədqiqatına təqdim olunması üçün tərəfimdən qablaşdırılaraq götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, “X4 SCENİC” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edirəm və “Bolt”, “Uber” şirkətlərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə dostu Zaur istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, ərazisində kafelərin birdə oturub yeyib spirtli içki qəbul etməsini bildirib onu gedib-götürməyini xahiş etmiş, Bundan sonra o, Zaurun yeyib içdiyi kafeyə yaxınlaşıb onun əyləşdiyi masada əyləşmiş, bundan sonra onunla yemək yeyib spirtli içki olan araq qəbul etmişlər. Bundan sonra onunla birlikdə yeyib spirtli içki qəbul edən tanımadığı şəxs və Zaur ilə birlikdə taksi kimi idarə sözügedən avtomobilinə əyləşərək Abşeron rayonu, Novxanı kəndi ərazisinə gəlmişlər. Həmin vaxt Zaurun tanışı olan tanımadığı şəxsi düşürüb şəhər istiqamətində hərəkətə başlamış və idarə etdiyi avtomobilini yolun kənarında saxlamış, bu zaman YPX-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər. Bu zaman içkili olduğu üçün içkililiyin təyin olunması məqsədilə alkatestr vasitəsilə müayinə olumuş, həmin vaxt içkili olmağı müəyyən olunmuş, bundan sonra Zaur Nağıyev ilə birlikdə onları polis bölməsinə dəvət etdilər. Onlar polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişlər. Saray PB-də ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, O, üzərimdə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya predmet və narkotik vasitə aşkar olunmamış, həmin vaxt etibarnamə əsasında idarə etdiyi “X4 SCENİC” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda narkotik vasitə olmasını bildirmiş, bundan sonra sözügedən avtomobilin salonun sürücü əyləşən yerin ayaq altısından 2 (iki) ədəd ağ rəngli kağızına bükülmüş qurudulumuş marixuanaya bənzər kütlələri təqdim edərək marixuana olmasını bildirmiş, həmin maddələri təxminən 1 həftə bundan əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində almış, öz şəxsi istifadəsi üçün avtomobilində saxlamışdır. Avtomaşınından aşkar edilmiş 2 ədəd ağ rəngli kağıza bükülmüş içərisində olan marixuana zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi Munis Abuzərli tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi etirafını əsas gətirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1350/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1350/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver