Məhkəmə qərarları › İş №3(012)-1350/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1350/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1350/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, xx.xx.1982-ci ildə Cəlilabad rayonu, Ləzran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 49 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək,, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və materiallar natamam olmuşdur. Belə ki, barəsində protokol tərtib edilmiş fiziki şəxsin ünvanı ünvan 1lunan protokolun məzmunundan göründüyü kimi inzibati xəta haqqında protokol İXM-nin 529.3 maddəsi ilə, yəni şəxsin hərəkətsizliyi ilə baş verən inzibati xətadır. Bu halda inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokolu tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Belə olduğu təqdirdə həmin işin Abşeron Rayon Məhkəməsinə aidiyyəti müəyyən edilməmiş, inzibati xəta protokolu İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilməmiş, düzgün tərtib olunmamışdır Şəxsin ünvanı düzgün müəyyən edilməli, həmin ünvana inzibati cərimə qərarı göndərilməli, qərarın şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, qərarı qüvvəyə mindiyi vaxtdan sonra 3 ay ərzində cərimə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, həmin şəxs barədə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib, həmin şəxsin qeydiyyat yeri üzrə məhkəməyə göndərilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar