Məhkəmə qərarları › İş №3(012)-1351/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1351/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1351/2023 10.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protok tərtib edən şəxs Abşeron rayon İcra Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, və onun müdafiəcisi vəkil X2 iştirakı ilə, Şəxs barəsində Abşeron rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, işin materiallarından görünür ki, Qədirli X4 rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli Qərarı ilə hazırkı icra işi üzrə İXM-nin 528.1 maddəsi ilə məsuliyyətə cəlb olunmuş,Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli Qərarı ilə apellyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi, Qədirli X4 rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli Qərarı ilə hazırkı icra işi üzrə İXM-nin 528.1 maddəsi ilə məsuliyyətə cəlb olunmuş,Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli Qərarı ilə apellyasiya icraatına xitam verilmiş,12 avqust 2022-ci il tarixdən hələ bir il ötməmiş, Şəxs barəsində Abşeron Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, İXM-nin 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. [465] Qeyd edilənlərdən göründüyü kimi, inzibati xəta protokolu İXM-nin 528.1-1maddəsi ilə tərtib olunmalı olduğu halda düzgün olmayaraq 528.1 maddəsi ilə tərtib olunduğunudan geri qaytarlımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar