Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1354/2021 06.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: 05.09.2021-ci il tarixdə saat təxminən 15:35 radələrində Abşeron rayonu Qobustan kəndində Şəxs sərxoş vəziyyətdə polisin ünvanına nəlayiq söyüşlər söyərək və əl-qol ataraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Abşeron rayon Pİ Qobu PB-nin əməkdaşı Amid Əliyev tərəfindən tərtib edilmiş raporta əsasən 05.09.2021-ci il tarixdə Şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozmaqla öz hərəkətləri ilə ətrafda olanlara açıqca hörmətsizlik edərək polisin nizam-intizamına məhəl qoymayaraq öz hərəkətlərinə davam etməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Şəxs sərxoş vəziyyətdə öz ehtiyatsızlığından yıxılaraq sol gözündə qançır xəsarəti almışdır. Buna görə də Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs oğlu məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Qobustan qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. O, içkili olduğuna görə heç nə yadında deyil. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 06.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 06.09.2021-ci il tarixdə, saat 05:30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş, 05.09.2021-ci il tarixli, 2/12226 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs 05.09.2021-ci il tarixdə, saat 15:50-də müayinə olunarkən onda «Orta dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1354/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1354/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver