Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1356/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kərimli Nahid Nəsimi oğlunun katibliyi, Abşeron DYP-nin polis kapitanı X5, X1 və onun nümayəndəsi Morgan Olganın, X2 iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Pİ-in DYPŞ-nin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh edilərək 40 (qırx) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Abşeron DYP müfəttişi tərəfindən X7 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025ci il tarixli qərara əsasən ona Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın çıxarılmasına əsas kimi X4 idarə etdiyi avtomobillə xx.xx.2025-ci il tarixdə saat 21.24-də Qobu qəsəbəsi, Z.Bünyadov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyi göstərilmişdir. X7 öz şikayətində belə bir manevr etmədiyini və DYP əməkdaşları bunu heç nə ilə sübut edə bilmədiyini söyləmişdir. Onun həmin küçədə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmək imkanım olmamışdır. Azərbaycan dilində danışmasına baxmayaraq, həmin dildə ümumiyyətlə yazıb-oxuya bilmir, bəzi terminləri və sözləri ümumiyyətlə başa düşmür. Buna görə də Abşeron RPİ-in DYPŞ-si tərtib etdiyi inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Abşeron DYP-nin polis kapitanı X8 tərtib etdiyi protokolu müdafiə edərək X7 tərəfindən verilmiş şikayətin təmin olunmamasını, qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, protokol tərtib olunarkən onun hüquqları pozulmuşdur.Adından verilən ərizə onun tərəfindən imzalansa da onun tərəfindən yazılmamışdır.Ərizə türk dilində tərtib edilmişdir, halbu ki, o türk dilini belə bilmir, başa düşmür.Ərizənin məzmunu ona oxunub, tərçümə edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5- ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında şlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. X7 Azərbaycan milliyətindən olan şəxs olsa da, Azərbaycan dilində danışa və yaza bilmədiyinə baxmayaraq, inzibati protokol və ona əlavə olunmuş material hazırlanarkən tərcüməçinin xidmətindən istifadə olunmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 761.1.7-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli,Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Abşeron RPİ-in DYPŞ-nə) göndərilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1356/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1356/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver