Məhkəmə qərarları › İş №3(012)-1357/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1357/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1357/2021 23.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1 Abşeron RPİ tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron RPİ tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra şikayətçi X3 məhkəməyə ərizə ilə müraciət edərək Abşeron RPİ tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxılmadan qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayətçi X3 məhkəməyə ərizə ilə müraciət edərək Abşeron RPİ tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxılmadan geri qaytarılmasını xahiş etdiyi üçün inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qərara aldım: X1 Abşeron RPİ tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar