Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1358/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini belə əsaslandırdı ki, xx xxxx 2020-ci ıl tarixli EQ3848032 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, xx xxxx 2020ci il tarixdə PORSCHE CAYENNE markalı, **-XR-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Zabrat yolunda hərəkətdə olan zaman sürət həddini aşdığı üçün 50 manat məbləğində inzibati cərimə olunmuş, həmin yolda sürət həddini müəyyən edən xüsusi texniki vasitənin olması ilə bağlı heç bir məlumat lövhəsi olmadığı üçün “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 7-ci bəndinə əsaslanaraq inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi idarəsinə elektron şikayət ünvanlamış, həmçinin şikayətlə eyni vaxtda həmin quruma ərizə ilə müraciət edərək xx xxxx 2020-ci il tarixli EQ3848032 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verdiyini bildirərərk qərarın icrasını şikayətə baxılanadək dayandırılmasını xahiş etmiş, müraciət onun iştirakı ilə araşdırılmış, bu zamanı onun əsas gətirdiyi hal inspektor tərəfindən araşdırılmamış, o, həmin halın hadisə yerində araşdırılmasını tələb etsə də, buna məhəl qoymamış, inspektor qanunun 50-ci maddəsinin 7-ci bəndində göstərilən tələbdən ümumiyyətlə məlumatsız olmuş, araşdırma qurtardıqdan sonra qərarın surətini tələb etsə də, idarə tərəfindən bir neçə günə poçt vasitəsilə ona çatdırılacağı bildirilmiş, qərar poçt vasitəsilə çatdırılmadığı üçün bununla bağlı bir neçə dəfə həmin quruma müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, araşdırma zamanı qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini bir daha inspektorun nəzərinə çatdırsa da, buna əməl olunmamış və hazırda cəriməyə əlavə faiz hesablanmış, həmin qurumdan onun elektron poçt qutusuna xx xxxx 2020-ci il tarixli 046-58184K- 4220 nömrəli məktub daxil olmuş, məktubda müraciətin onun iştirakı ilə araşdırıldığı və yol hərəkəti qaydasını pozduğunun öz təsdiqini tapdığını göstərmışdır. Göründüyü kimi inzibati xətanın təkrar baxılmasına qərarla deyil, məktubla qiymət verilmişdir. Bütün bunları gördükdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş, daha sonra bildirir ki, həmin yol yaşayış məntəqəsindən keçdiyi üçün məlumat nişanı müvafiq radardan 50-200 metr qabaqda quraşdırılmalı, lakin inzibati xətanın qeydə alındığı Zabrat yolunda, Socar yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış surət həddini ölçən radarın olması barədə yolda heç bir məlumat lövhəsi olmamışdır. Bu X9 qanunun tələblərinə ziddir. Bunu sübut etmək üçün tərəfindən həmin yolda videoçəkiliş aparılmış, görüntüləri əks etdirən bir ədəd CD diski iş materiallarına əlavə etmişdir. Sonda o, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-si lazımi qaydada xəbərdar olunmasına baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-si iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 yolunda müəyyən edilmiş hərəkət surətini 24 km/saat həddin aşmış və ona Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 yol hərəkəti qaydasını pozması xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən təsdiqini tapmışdır. X9” Azərbaycan Respublikasının Qanununun 68.1-ci maddəsinə əsasən əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. Həmin Qanununun 68.2-ci maddəsinə əsasən lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2—7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir. Məhkəmə zamanı müəyyən edildi ki xx xxxx 2020-ci ıl tarixli EQ3848032 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, xx xxxx 2020-ci il tarixdə PORSCHE CAYENNE markalı, **-XR-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Zabrat yolunda hərəkətdə olan zaman sürət həddini aşdığı üçün 50 manat məbləğində inzibati cərimə olunmuş, həmin yolda sürət həddini müəyyən edən xüsusi texniki vasitənin olması ilə bağlı heç bir məlumat lövhəsi olmadığını əsas gətirərək o, “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 7-ci bəndinə əsaslanaraq inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi idarəsinə elektron şikayət ünvanlamış, həmçinin şikayətlə eyni vaxtda həmin quruma ərizə ilə müraciət edərək xx xxxx 2020-ci il tarixli EQ3848032 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş, həmin şikayət onun iştirakı ilə araşdırılmış və əsassız olduğu üçün rədd edilmiş, o, yenidən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə zamanı xx xxxx 2020-ci il tarixdə şikayətçinin idarə etdiyi PORSCHE CAYENNE markalı, **-XR-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Zabrat yolunda hərəkətdə olduğu yolda sürət həddini müəyyən edən xüsusi texniki vasitənin yerləşdirildiyi məlum olmuşdur. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli qərar şikayətçi X4 xx.xx.2020-ci il tarixdə almağına baxmayaraq həmin qərardan xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 xx xxxx 2020-ci il tarixdə idarə etdiyi PORSCHE CAYENNE markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobil ilə Zabrat yolunda hərəkətdə olan zaman həmin yolda sürət həddini müəyyən edən xüsusi texniki vasitə olduğu halda sürət həddini aşdığı və inzibati xəta haqqında qərardan şikayət vermə müddətini ötürdüyü üçün onun tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilməsin. X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən qəbul edilmiş EQ3848032 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1358/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1358/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver