Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1358/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Bayxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Aberon rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 265, mənzil 187 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Viləşçay-İnşaat MTK-ya məxsus binanın divarına vurulmuş elanları çırmasına irad bildirməsinə görə həmin binanın komendantı vəzifəsində işləyən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüş söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs inzibati xəta haqqında protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdala şəhəri, H.Əliyev prospekti, ev 265, mənzil 227-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, həmçinin Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Şəxs ona qarşı kənar şəxslərin olduğu ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini bildirməklə həmin şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Əliyev prospekti, ev 265, mənzil 227-də yaşayan Zərərçəkmiş şəxs qarşı kənar şəxslərin olduğu ictimai yerdə ucadan nalayiq ifadələr işlətmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və material araşdırması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Göstərilənlərə əsasən Abşeron RPİ tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "Viləşçay-İnşaat MTK-nın komendantı vəzifəsində işləyir. O, komendantı olduğu binanın sakinləri son vaxtlar narazılıqlar etmiş, binanın komendantının dəyişməsini tələb etmişlər. Onlar bununla bağlı elan yazaraq sakinlərə müraciət etmiş, öz aralarından bir neçə nəfər namizəd seçərək səs çoxluğu ilə idarəçiliyi götürsünlər. ci il tarixdən etibarən binanın divarına sakinlərin görəcəyi yerlərə yapışdırmışlar. Lakin bir müddətdir pozuculuq yaradan, sakinlər arasında narazılıqlara yol açan Rəsul Abbasov adlı sakin bilərəkdən elanları cırıb vətəndaşların oxumasının qarşısını almışdır. O sonuncuya mədəni şəkildə öz iradını bildirmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Rəsul yenə də həmin elanı cırdığı üçün o, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində öz istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəsi ilə Rəsulun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə zəng etmişdir. Həmin elanın onların xeyrinə olduğunu, sakinlərin oxuması üçün məlumatlanması üçün yazıldığını demişdir. Elanları yerindən qoparmasının düzgün olmadığını demiş, Rəsul isə bunun qarşılığında onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, onu ölümlə hədələmişdir. Onun mobil telefonu köhnə olduğu üçün səsi yüksəkdən çıxmış. Rəsulun söyüşlərini və onu hədələməsini yanında olan Arif və Tahir də eşitmişdir. Həmin şəxslər işlə bağlı onun yanma, otağına gəlmişdirlər. O, utandığı üçün və yanıdakı şəxslərin söyüşlərdən narahat olmaması üçün telefonu söndürmüşdür. Buna görə də o, DİN-in 102 saylı xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətmədiyini qeyd edərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı "xxxx" MTK tərəfindən inşa edilən binanın komendatıdır. 050 *** ** ** saylı mobil nömrə ona məxsusdur. xx.xx.2025-ci il tarixdə, saat 18:19-da mobil telefonunda kontaktda "Behruz Komendat" kimi qeyd etdiyi Zərərçəkmiş şəxs ona zəng etmişdir. O, telefonu açdığı zaman sonuncu ona müraciət edərək binanın 2-ci blokundakı liftin trosunun qırıldığını deyib onun, yaxud binanın digər sakinlərinin edibetmədiyini soruşmuşdur. Daha doğrusu Rəsul həmin trosu "sizin uşaqlar" edib-etmədiyini soruşmuşdur. O, ilk öncə onun övladlarını nəzərdə tutduğunu düşünmüş, lakin sonradan bina sakinlərini nəzərdə tutduğunu bilmişdir. O, isə həmin vaxt Bakı şəhərində mağazada olmuş və rahat danışa bilməmişdir. Həmin vaxt o, əsəbiləşmiş və Bəhruzdan onu narahat etməməsini, bir daha ona zəng etməməsini demişdir. Daha sonra nə Bəhruz ona, nə də o, sonuncuya zəng etmişdir. O, Bəhruzu söyməmiş, hər hansı bir formada hədələməmiş, Bəhruz onun barəsində yalan məlumat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən inzibati xətanı törətmədiyinə görə barəsində başlanmış inzibat icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Əliyev prospekti, ev 265, mənzil 227-də yaşayan Zərərçəkmiş şəxs qarşı kənar şəxslərin olduğu ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə “xırda xuliqanlıq” etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Abşeron rayonu, Xırdala şəhəri, H.Əliyev prospekti, ev 265, mənzil 227-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, xırda xuliqanlıq ictimai təhlükəli əməlin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Viləşçay-İnşaat MTK-ya məxsus binan həyətində zərərçəkmiş şəxsi təhqir etməklə digər şəxsin hüquqlarına riayət etməklə ictimai qaydanın şəxslərin bir-birinə hörmət edilməsinə dair qaydalarına əməl etməyərək, ictimai qaydanı pozmuşdur. Bu faktı isə özözlüyündə Şəxs sözügedən inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Viləşçay-İnşaat MTK-ya məxsus binanın divarına vurulmuş elanları çırmasına irad bildirməsinə görə həmin binanın komendantı vəzifəsində işləyən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüş söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin verdiyi izahatla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxsin izahatı işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün hüquqi yardım haqqı 33 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ _____________________________________________________________ _______ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2025-ci il № 3(012)-1358/2025 Abşeron rayon Polis idarəsinin rəisi, polis polkovniki cənab Musa Musayevə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 265, mən 187 -inzibati xəta törətmiş şəxs Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 265- zərərşəkmiş Zərərçəkmiş şəxs Abşeron Rayon Vəkil Bürosuna Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti _______ vərəqədə Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1358/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1358/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver