Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1359/2023 17.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokollar qeyri-qanuni və əsassız yazılmışdır. Buna səbəb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120, 122 və 124-cü maddələrinin tələbləri yerinə yetirilməməsidir.2001-ci ildə qəbul edilmiş yol-patrul haqqında 50 saylı əmrə əsasən eyni tarixdə eyni qayda pozuntusu üzrə iki və daha artıq elektron protokol tərtib edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiqicra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Belə ki, xx.xx.2023-cü il tarixdə ona tərtib olunan EQ15498231 saylı inzibati protokol üzrə ərazidə radar və sürət işarəsi barədə xəbərdarlıq yoxdur. Eləcə də bir istiqamətli hərəkət zolağında zərurət olmadan üfüqi nişanlanma xətti qoyaraq qeyri- qanuni elektron protokol tərtib olunmuşdur. Onu da qeyd edir ki, sözügedən qayda pozuntusu qeydə alınan ərazidə YPX patrul avtomaşını xidmət aparır. Müəmmalı səbəbdən YPX-nin "qayda pozuntusunu" rəsmiləşdirmir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin (AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi) proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində qərar çıxarılır. Məhkəmə iclasında şikayət verən C. Fətəliyev şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN DYP Ekologiya YPX-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Lakin BDYPİ məhkəməyə məktub və footoşəkillər ünvanlamışdır. Məlumat üçün bildirmişdir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 17-ci km-də sürət həddini məhdudlaşdıran 3.24 “90” yol nişanı mövcuddur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, sürət həddini aşmağa görə müvafiq olaraq 45 manat və 36 manat məbləğində cərimə ödəniləcək.və bu barədə Ceyhun FətəliyevəAzərbaycan Respublikası DİN BDYPİ-dən 05 iyul 2023-cüil tarixli məktub göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 73-cü maddəsinin 8-ci bəndinə əsasən projektor-faradan və axtarıcıfaradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir.Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan təmin edilməmlidir.Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə, o cümlədən BDYP-nin məhkəməyə ünvanladığı məktubla təkzib olunur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 15498231 saylı və EQ 15503589 saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1359/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1359/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver