Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-136/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, “A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: “A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə “A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 şikayət ərizəsi verərək, inzibati tənbeh vermə haqqında 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-136/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-135/2024 saylı qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-136/2024 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 tərəfindən xx.xx.2023-cü il tarixli No 3- 17-5/2-54370/2023 saylı məktub xx.xx.2024-cü il tarixində ASC-yə daxil olmuşdur, (məktubun surəti qoşma kimi əlavə olunmuşdur). Həmin məktubda qeyd olunur ki, vətəndaş X10 “A+CO” ASC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə müraciət etmiş və həmin müraciətə X15 Xidmətinin X8ndə baxılmışdır. Belə ki, həmin məktuba əsasən bildirilir ki, X10 ilə bağlanılmış əmək müqaviləsi tərəflərindən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) və 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşci xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir) tələbləri pozularaq xitam verilmişdir. Qeyd olunmuş pozuntulara əsaslanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokolda bildirilmişdir ki, X5 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 298K nömrəli xitam əmri ləğv edilməli, nəticəsi barədə X15 Xidmətinin X4 rəsmi məlumat verilməli və həmin protokol üzrə 1500 (bir min beş yüz manat) cərimə tətbiq edilmişdir. ASC barəsində çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN No1291416 nömrəli qərar əsassız və qanunsuzdur. Belə ki, X10 xx.xx.2022-ci il tarixində “A+CO” ASC-ə işə qəbul edilməsi barədə ərizə yazmış və eyni tarixdə “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Parakəndə Satış bölməsində Satış üzrə təcrübəçi vəzifəsinə təyin edilməsi barədə No 211K saylı Əmr qəbul edilmişdir.(əmrin surəti qoşma kimi əlavə olunmuşdur) Cəmiyyətlə X10 arasında xx.xx.2022-ci il tarixində Əmək müqaviləsi və X21 haqqında müqavilə bağlanılmış və şəxsə vəzifə öhdəlikləri izah edilmişdir. Daha sonra X10 tərəfindən Cəmiyyətə Satış üzrə təcrübəçi vəzifəsindən Kommersiya Departamentinin Satış X14 bölməsində Satış təmsilçisi vəzifəsinə keçirilməsi barəsində köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizə ünvanlanmış və bununla əlaqədar Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli No 214/1K saylı Əmr qəbul edilmiş və şəxs ilə xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Əlavə Razılaşma” bağlanılmışdır. Belə ki, satış təmsilçisi kimi işlədiyi dövrdə, dislokasiyasında uyğunsuzluqlar aşkar edilmiş və bu uyğunsuzluqlann yoxlanılması məqəsdi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində təhviltəslim prosesi keçirilmiş və X10 tərəfindən maddi mənimsəmə halı aşkar edilmişdir. Bununla yanaşı tərəfindən 29 sentyabr 2023-cü il tarixli, No 257/1K saylı və 27 oktyabr 2023-cü il tarixli, No 289/1K “Öhdəliklərin, hesablaşmaların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi barədə” əmrlər tərtib olunmuşdur, (əmrin surəti qoşma kimi əlavə olunur). Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixində X6 məktub ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, tərəfindən məktub ünvanınıza çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyə və təhvil-təslim prosesinin araşdırılmasında iştirakdan yayınmağa davam edildiyi təqdirdə “A+CO” ASC-ə vurduğunuz maddi ziyana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (ARƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinadən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndində qeyd edilən əsaslarla işdən azad olunacaqsız və vurduğunuz maddi ziyana görə məhkəməyə müraciət ediləcəkdir, (məktubun surəti qoşma kimi əlavə olunur). Lakin tərəflərindən atılan addımlara və dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, X10 işə gəlməməyə davam eləmiş və proseslərdə iştirak etməkdən və təhvil-təslim zamanı yaranmış uyğunsuzluqlar barədə izahat yazmaqdan imtina etmişdir. Protokolda qeyd olunan Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin pozulması halı mövcud deyildir.Belə ki, X5 əmək fəaliyyətinə eyni zamanda 2 və daha artıq əsasla deyil, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməmişdir. X7 Cəmiyyətə vurduğu maddi ziyana görə 29 sentyabr 2023-cü il tarixli və 27 oktyabr 2023-cü il tarixli təqdimatlara əsasən 13 noyabr 2023-cü il tarixində 298K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Protokolda qeyd olunan 2-ci məsələ isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işci tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir) pozulmasıdır. Belə ki, X10 barəsində birinci təqdimat 29 sentyabr 2023-cü il tarixdə, son təqdimat isə 27 oktyabr 2023-cü il tarixində tərtib olunmuşdur və şəxsin işdən azad edilməsinə bu təqdimatlara əsaslanmışdır. Bildirir ki, X10 barəsindəki məsələ maliyyə xarakterli olduğu üçün Əmək Məcəlləsinin 187.3-cü maddəsinə görə “İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz”. Bunlara əsaslanaraq və həmin Məcəllənin 187.2-ci maddəsində nəzərdə tutulmuş 1 ay müddəti son təqdimatın hazırlanması və şəxsin işdən azad edilməsi müddətini keçməmişdir. Məhkəmə iclasında şikayət vermiş “A+CO” Açıq Səhmdar Cəmiyyətinin direktoru öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə3 etirazı müdafiə edərək bildirmişdir ki, Nümayəndə2 şikayəti tam əsassızdır və təmin edilməməlidir. X15 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün dəyişiklik edilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, A+CO MMC-nin direktoru Nümayəndə2 tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmaqla X9 əmək müqaviləsinə xitam verilmişdir. Həmin tələblərə əsasən “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verdikdə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.” ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, yalnız işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını və ya vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə mülkiyyətçinin maraqlarına ziyan vurduqda onun əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin, Nümayəndə2 işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, amma həmin normanın tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini imzaladığı əmrin mətnində və yaxud əmrə əlavə edilmiş sənədlərlə əsaslandıra bilməmişdir. Əmrdə yalnız MMC-nin Təftiş şöbəsinin təqdimatına istinad edilmişdir. Həmin təqdimatda isə, işçinin hansı qanunazidd və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə ziyan vurulduğu müəyyən edilməmişdir. Beləliklə, A+CO MMC-nin direktoru Nümayəndə2 tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “c” bəndində nəzərdə tutulmuş “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması” əsası ilə xitam verilmiş, amma əmrdə, yalnız həmin işçinin öhdəsində olan avadanlıq və mallarda olan çatışmazlıqlarla bağlı təqdimat əsas götürülmüşdür. Amma, işəgötürənin əmrinin əsası olmuş ƏM-nin 72-ci maddəsinin mətnindən görünür ki, birinci növbədə işçinin təqsiri müəyyən olunmalıdır. Avadanlıq və mallarda çatışmazlıqların olması, həmin çatışmazlıqların işçinin hansısa qanunazidd olan təqsirli hərəkət və ya hərəkətsizliyinin, yəni ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasının və ya vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin nəticəsi olaraq yarandığı demək deyil. Həmçinin, həmin çatışmazlıqların işçinin təqsiri nəticəsində yarandığını təsdiq edən hər hansı hal və yaxud sənədə, hüquq mühafizə orqanlarının və yaxud məhkəmənin mötəbər və etibarlı aktlarına işəgötürən tərəfindən istinad edilməmişdir. Eyni zamanda, sözügedən çatışmazlıqların işçinin təqsiri nəticəsində yarandığını işçinin özü tərəfindən qəbul olunması barədə hər hansı sənəd də mövcud deyil. Əksinə işçi X15 Xidmətinə müraciətində çatışmazlıqların onun təqsirindən yarandığını təkzib etmiş və bununla bağlı Nümayəndə2 hərəkətlərini qanunsuz hesab etmişdir. Mülkiyyətçiyə ziyanın vurulması ilə bağlı işçinin təqsiri müəyyən olunduğu təqdirdə isə, bu işçinin hər bir halda hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olur. Mülkiyyətçiyə ziyan vurulması ilə bağlı mənimsəmə, qəsdən və ya ehtiyatsızlıqdan ziyan vurmaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 186, 187-ci maddələri ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bundan əlavə, işçinin mülkiyyətçiyə qanunazidd və təqsirli ziyan vurması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq həm də, işçinin maddi məsuliyyətinə səbəb olur. Lakin, işəgötürən bu halların hər hansı birinin baş verdiyini və yaxud mövcudluğunu müəyyən edə bilməmişdir. Buna görə də, işçi ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsi ilə ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun sayılmır. İşəgötürən tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq əmək müqaviəsi ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Nümayəndə2 əməlində İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və o, bu maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Bununla əlaqədar olaraq, Nümayəndə2 şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X10 ilə bağlanmış 05 iyul 2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmışdır. 15 iyul 2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “A+CO" ASC-nin əmək müqaviləsi üzrə satış üzrə təmsilçi vəzifəsinə təyin edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 “A+CO” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 29 dekabr 2023-cü il tarixli göstəriş məktubdan görünür ki, X5 müraciəti əsasında aşkar olunmuş pozuntular əsasında 19 dekabr 2023-cü il tarixdə “A+CO” ASC barəsində protokol tərtib olunmuş, X5 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 298K nömrəli xitam əmrinin ləğv edilərək nəticəsi barədə X15 Xidmətinin X4 rəsmi məlumat verilməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. “A+CO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 xx.xx.2023-cü il tarixdə ünvanlanmış bildirişə əsasən ASC tərəfindən göndərilmiş məktub yaşayış ünvanına çatdığı tarixdən 3 (üç) iş günü müddətində işə gəlməməyə və təhvil-təslim prosesinin araşdırılmasında iştirakdan yayınmağa davam edildiyi təqdirdə “A+CO” ASC-ə vurulan maddi ziyana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilən əsaslarla işdən azad olunacağı və vurulmuş maddi ziyana görə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. 13 noyabr 2023-cü il tarixli 298K nömrəli “İşdən azad edilmə haqqında” əmrin surətindən görünür ki, Kommersiya Departamentinin Satış X14 bölməsində Satış təmsilçisi X10 xx.xx.2023-cü il tarixindən “A+CO” ASC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq – təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 21 (iyirmi bir) gün, xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 5 (beş) gün olmaqla, toplan 26 (iyirmi altı) gün məzuniyyət günləri kompensasiya edilsin. Əsas: Təftiş şöbəsinin təqdim etdiyi təqdimata əsasən. “A+CO” ASC-nin direktoruna Təftiş üzrə mütəxəssis tərəfindən ünvanlanan Təqdimatdan göprünür ki, xx.xx.2023-xx.xx.2023 tarixləri aralığında pərakəndə satış kanalı üzrə bölgə müdiri X11 tabeçiliyində çalışan satış təmsilçisi X5 dislokasiyasına daxil olan ticarət nöqtələrinin satış təmsilçisi X2 təhvil təslim prosesi həyata keçirilmişdir. Təhviltəslim zamanı satış təmsilçisinə 25 ticarət nöqtəsi 16566,27 AZN təsdiq olunmuş borc və 31 ticarət nöqtəsində yerləşən 33 soyuducu təhvil verilmişdir. Yaranmış uyğunsuzluqla bağlı X5 izahatı alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdimatda olan cədvəldəki əskik fərq yaranmış üç ticarət nöqtəsindəki məbləğlər, X5 şəxsi mənimsədiyi məbləğlərdir və izahatında dəymiş zərər hesabına atılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, “A+CO” ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi,eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış X14 bölməsində satış təmsilçisi vəzifəsində çalışan X10 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb sonuncunun satış təmsilçisi kimi işlədiyi dövrdə maddi mənimsəmə faktının aşkar edilməsi göstərilmişdir. 29 sentyabr 2023cü il tarixli, 257/1K №-li əmrlə təhvil-təslim prosesi keçirilmiş və şəxsin etmiş olduğu pozuntular aşkar edilmişdir. “A+CO” ASC pozuntunun aşkar edildiyi gündən 1 təqvim ayı müddətində intizam tənbehini tətbiq edə biləcəyi halda etməmiş, bundan sonra 27 oktyabr 2023-cü il tarixli, 289/1K №-li əmrlə təkrar yoxlama keçirmiş və yoxlamanın nəticələri olaraq 13 noyabr 2023-cü il tarixli, 298/K №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Yusif Şadliniski işdən azad edilmişdir. Buna əsas “A+CO” ASC-nin direktoruna Təftiş üzrə mütəxəssis tərəfindən ünvanlanan Təqdimat olmuşdur. Həmin Təqdimatdan isə müəyyən edilmişdir ki, xx.xx.2023-xx.xx.2023 tarixləri aralığında pərakəndə satış kanalı üzrə bölgə müdiri X11 tabeçiliyində çalışan satış təmsilçisi X5 dislokasiyasına daxil olan ticarət nöqtələrinin satış təmsilçisi X2 təhvil təslim prosesi həyata keçirilmişdir. Təhvil-təslim zamanı satış təmsilçisinə 25 ticarət nöqtəsi 16566,27 AZN təsdiq olunmuş borc və 31 ticarət nöqtəsində yerləşən 33 soyuducu təhvil verilmişdir. Yaranmış uyğunsuzluqla bağlı X5 izahatı alınmışdır. X1 şəxsi mənimsədiyi məbləğlər olduğunu və dəymiş zərər hesabına atılmasına etirazı olmadığını bildirmişdir. Qeyd edilənlərdən göründüyü kimi X10 ilə bağlanan əmək müqavilənin ləğv edilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarı və inzibati xəta haqqında protokolu tərtib etməkdə səlahiyyətli olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Plenumum qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X15 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salmır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Göründüyü kimi, qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. X15 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlann tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “A+CO” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin və və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-136/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-136/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver