Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1360/2022 24.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, iştirakı ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Dədəd Qorqud küçəsi, ev 20, mənzil 75-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 79292/2022-27-24 icra işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)- 1295/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 198 manat pul tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Həmçinin aparılmış icra hərəkətləri nəticəsində iş üzrə borclu Şəxs əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilməsi mümkün olan hər hansı bir əmlak və yaxud pul vəsaiti müəyyən edilməmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 1(012)-84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxs Şəxs zərərçəkən şəxs X2 xeyrinə 18500 manat pulun tutulması qərara alınmışdır. Borclu Şəxs Abşeron rayon məhkəməsinin 2(012)-84/2021 saylı xx.xx.2021-ci il, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-1295/2021 saylı xx.xx.2021-ci il və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-l567/2021 saylı xx.xx.2021- ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini pozaraq yaranmış borcunu tam ödəmir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi imkanı olmadığından borcundan tam şəkildə ödəniş edə bilməmişdir. Lakin aybaay borcundan ödəniş edir və yaxın vaxtda tam olaraq ödəniş edəcəkdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-1295/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 198 manat pul tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Həmçinin aparılmış icra hərəkətləri nəticəsində iş üzrə borclu Şəxs əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilməsi mümkün olan hər hansı bir əmlak və yaxud pul vəsaiti müəyyən edilməmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 1 (012)- 84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxs Şəxs zərərçəkən şəxs X2 xeyrinə 18500 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan qərarlardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materillarında olan qəbzdən görünür ki, borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 1 (012)-84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yaranmış borcundan ayda 450 manat ödəniş edir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1360/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1360/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver