Məhkəmə qərarları › İş №3(012)-1362/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1362/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1362/2021 10.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Cavid Dünyamalıyevin, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdadiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağstafa rayonunda Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Atyalı massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Cavid Dünyamalıyev tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Cavid Dünyamalıyev bildirdi ki, 06.08.2021-ci il tarixdə Şəxs qonşusu X2 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 06.08.2021-ci il tarixdə İlham və Sevinc adlı qonşularının kanalizasiya xəttini naməlum şəxs ümumi xəttdən kənara atmiş, qonşuları həmin xəttin kənara atılmasına görə onları günahlandırmişdır. Bu səbəbdən də Sevinc onun əri Malikin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin gün Malik işdən gəldiyi zaman onlar birlikdə Sevincin yaşadığı evə getmiş və kanalizasiya çıxarılmasından xəbərləri olmamasını demişlər. Həmin vaxt onlar arasında sözlə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, Sevincin saçından tutub əli ilə yaxasından kənara itələmiş, sonra əri Malikin qolundan tutub kənara çəkmiş, Sevinc isə avtomobilə əyləşərək polisə şikayət edəcəyini demişdir. Sonda o, heç bir təqsirinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Elnarə ilə qonşudur. Onlar yaşadıqları evə kanalizasiya xətti çəkdiklərinə görə qonşusu Elnarə adlı şəxslə aralarında mübahisə yaranmış, buna səbəb də Elnarə kanalizasiya xəttindən qoxu gəlməsini göstərmiş, o isə mübahisə zamanı Elnarəyə kanalizasiya borusundan iy gəlməyəciyini izah etməyə çalışmış, lakin mübahisə zamanı Elnarə onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla sağ göz nahiyyəsinə, ət çkən maşının dəmiri ilə isə qol nahiyyəsinə zərbələr vurmuşdur. Sonda o, Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X12 oğlunun müdafiəçisi X6 iş üzrə inzibati xəta tərkibi olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini bildirdi. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını bildirdi. İş materiallarına əlavə olunmuş Abşeron RPİ-nnin TŞ-nin təhqiqatçısı Babaşov Aslan Sarı oğlunun qəbul etdiyi 16.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 07.08.2021-ci il tarixli, 1810 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ alt göz qapağı nahiyyəsinin, döş qəfəsi nahiyyəsinin qançırları-küt əşya (əşyalar) təsirindən törənmişdir;qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06.08.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs himayəsində 12.09.2004-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan şəxs var. İş materiallarında olan Abşeron rayon Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından görünür ki, X7 “eplepsiya”, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar;R41.8-Bilişsel və maarifləndirmə cəlb digər simptomlar və əlamətlləri, qavrama və dərketmə qabiliyyətinə aid olan digər və dəqiqləşdirilməmiş simptomlar və nişanələr diaqnozu qoyulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs himayəsində əqli cəhətdən zəif inkişaf etmiş şəxsin olması Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar