Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1365/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı “Qeyrət Aqro” şirkəti barəsində Azərbaycan Respublikası DİN-in Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Abşeron rayon Polis İdarəsi tərəfindən “Qeyrət Aqro” şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0217129 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermişdir. Belə ki, işin materiallarından müəyyən edilir ki, “Qeyrət Aqro” şirkətinin hüquqi ünvan və faktiki yerləşdiyi yer Abşeron rayonu 2-ci Zabrat İstixana kombinatıdır. Həmin kombinatın yerləşdiyi torpaq sahələri Abşeron rayonuna aid olsa da, həmin ərazi inzibati ərazi vahidi kimi Abşeron rayonuna aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Qeyrət Aqro” şirkəti barəsində Azərbaycan Respublikası DİN-in Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0217129 saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : “Qeyrət Aqro” şirkəti barəsində Azərbaycan Respublikası DİN-in Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP0217129 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1365/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1365/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver