Məhkəmə qərarları › İş №3(012)-1368/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1368/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1368/2020 09.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxsiştirakları ilə, xx.xx.1965-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-ninİTŞ-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X6 bildirdi ki, xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı Şəxs X7 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Kəklik Ağayeva onun qudasıdır, xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı K.Ağayeva onun çiyninə əsa ilə vurmuş və o, əsanı itələyəndə K.Ağayeva arxası üstə yıxılmış, bindan sonra qızı Rəsmiyyə Gülbudaqovanın qaynı oğlu X4 yumruqla onun sol gözünün altına xəsarət yetirmişdir. Sonda o, K.Ağayevaya xəsarət yetirmədiyini bildirərək barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasındadindirilmiş zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, xx.xx.2020ci il tarixdə qudası Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu onun ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, o da əlində olan əsanı ona toxunduraraq baxmasını, diqqətini ona yönəltməsini istəyəndə əli ilə onu itələmiş, nəticədə yerə yıxılaraq belindən xəsarət almışdır. Sonda o, barəsində inzibati icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1918 saylı rəyindən görünür ki, 1978-cı il təvəllüdlü Şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol göz altı nahiyyənin qançırı, bərk küt əşya (əşyalar) təsiirndən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1930 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş sol baldırın orta 1/3-nin arxa səthinin sıyrığı, döş qəfəsinin və bel nahiyyəsinin yumşaq toxumalarının əzilməsi bər-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsidinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati iş üzrə barəsində inzibati xəta törədən şəxs Şəxs özünü təqsirli bilməməsini qeyri-səmimi ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar