Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1368/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızı, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş EQ21800972 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə hazırlıq mərhələsində baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş EQ21800972 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi aidiyyat üzrə düz verilməmişdir, belə ki, qərarda qeyd edilmiş gps koordinatlarını sistemə daxil edərkən hadisənin Mingəçevir ərazisində baş verdiyi müəyyən olunmuşdur. Həmçinin şikayət vermiş şəxsin özü isə Ucar rayonunda qeydiyyatdadır. Həmçinin iş materiallarından göründüyü kimi, X3 barəsində şikayət verilən şəxsə aid məlumatları göstərməmiş, şikayət düzgün tərtib olunmamışdır. İntibati Xətalar Məcəlləsinin 129.1.3-cü madəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarından görünür ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət ərizəsi düzgün tərtib olunmadığı və aidiyyat üzrə düzgün verilmədiyi üçün geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş EQ21800972 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1368/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1368/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver