Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1369/2020 10.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nəmin Elçin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon vəkil Bürosunun vəkili Vəkil, tələbkar X1, tərcüməçi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcravə probasiya şöbəsininicra məmuru X3 iştirakı ilə, xx.xx.1989-cu ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış və ünvan 1ənzil 60 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsininicra məmuru X8protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin2(012)-4657/2019 saylı, xx.xx.2019-cu il tarixliicra vərəqəsinəəsasən bir azyaşlı uşağın yetkinlik yaşına çatanədək saxlanması üçün borclu Şəxs hər ay 250 manat sabit məbləğində pul tutularaq X5 ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4657/2019 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü Güçlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs hər ay 250 manat məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət edilmiş, alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru,borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, saş ustasıdır, narkotik vasitədən istifadə etdiyindən ailəsi dağılmışdır, pandemiya dövrünə düşdüyündən və maddi imkanı ağır olduğu üçün hal-hazırda aliment borcunu ödəyə bilmir, icra məmurunun çağırışlarına gəlməkdən məsuiyyətdən qorxduğu üçün yayınır. Ona görə də xahiş edir ki, məhkəmə ona borcunu ödəmək üçün vaxt versin. Məhkəmə iclasında dindirilmiş tələbkar X9 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin2(012)-4657/2019 saylı, 1.11.2019-cu il tarixli icra vərəqəsinəəsasənxx.xx.2017-ci il təvəllüdlü Güçlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs hər ay 250 manat məbləğində aliment tutularaq tələbkar X5 verilməsi ona ödənilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs ona hal-hazırkı vaxta qədər heç bir məbləğ ödəməmişdir. Borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində borcunu ödəməyəcəyi təqdirdə ağır inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi X6 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4657/2019 saylı qətnaməsinə əsasən iddiaçı X11 ilə cavabdeh Şəxs arasında T.C.Buca Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı ildə bağlanmış nikahın ləğv edilməsi, onların birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Güçlü X10 adlı uşağı anası X7 himayəsində saxlanması, uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 250 manat məbləğində alimentin tutulması qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına gəlməməklə, eyni zamanda borcu ödəməklə məhkəmənin qanuni qüvvəsini almış qətnamənin icrasına laqeyd yanaşır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmək məqsədəmüvafiqdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cumaddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on)gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1369/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1369/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver