Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-137/2021 14.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs Əmraslan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Əmraslan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Əmraslan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim olunmuş Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 17/7519257 saylı məktubunun sürətindən görünür ki, Şəxs Əmraslan oğlu ilə bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il taixli, 2(023)-90/2014 saylı icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Ağstafa rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Əmraslan oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə düzgün göndərilməmişdir. Məhkəmə hesab edir ki, toplanmış material baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Əmraslan oğlu – Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 92, mənzil 23-də qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən isə bu Məcəllənin 110.1-ci maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinin tələbinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Buna görə də məhkəmə Şəxs Əmraslan oğlu ilə bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il taixli, 2(023)-90/2014 saylı icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Ağstafa rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Əmraslan oğlunun barəsində olan inzibati protokol baxılmaq üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 112.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-137/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-137/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver