Məhkəmə qərarları › İş №3(012)-1372/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1372/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1372/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs Cəlal qızının iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, 21 avqust 2021-ci il tarixdə, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs Cəlal qızı ilə həyat yoldaşı Şəxs arasında Xırdalan şəhəri, Ə.Nəvai küçəsində, Anarın yaşadığı evin qarşısında sonuncular arasında ailə-məişət zəmnində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs əli ilə zərbələr vurmaqla ona - sağ kürək, sağ bazu nahiyyələrinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə sonuncunu döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla iki ildir ki, evlidir. Həmin nikahdan bir övladları vardır. Ailə qurduqdan sona Zərərçəkmiş şəxs ilə münasibətləri normal olsa da, son zamanlar arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəmnində tez-tez mübahisələri olmuşdur. Buna görə də arvadı Zərərçəkmiş şəxs ondan boşanmaq üçün məhkəməyə müraciət etmiş, azyaşlı övladı ilə birlikdə öz anasının evində yaşamağa başlamışdır. Sonuncu dəfə 21 avqust 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman arvadı Ayşən anası Cəmilə ilə birlikdə onun yaşadığı evə gələrək onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər deyərək onları təhqir etmişlər. Bu zaman atası Ceyhun evdən çölə çıxaraq onlara çıxıb öz evlərinə getmələrini demiş, lakin Ayşən və anası Cəmilə atasına qulaq asmayıb onu söyməyə davam etdikləri üçün o, evdən çölə çıxmış, arvadı Ayşən onun üzərinə hücum çəkdiyi üçün Ayşənin qolundan yapışaraq onu kənara itələmiş, arvadı Zərərçəkmiş şəxs zorla taksiyə əyləşdirib evinə yola salmş, daha sonra da öz evinə girmişdir. Sonda o, arvadı Zərərçəkmiş şəxs yalnız qolundan tutub itələyərək taksiyə əyləşdirdiyini və sonuncuya qarşı başqa heç bir hərəkət etmədiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Cəlal qızı izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Onunla iki ildir ki, evlidir. Həmin nikahdan bir övladları vardır. Onlar ailə qurduqdan sonra münasibətləri normal olsa da, lakin son zamanlar həyat yoldaşı Şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün aralarında ailə-məişət münasibətləri zəmnində tez-tez mübahisələri olmuş, Şəxs dəfələrlə yaşadıqları evdə onu döysə də, lakin o, Anardan heç vaxt polisə şikayət etməmişdir. Anar mütəmadi olaraq onunla münaqişə etdiyi üçün ondan boşanmaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin iyun ayında Anardan boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxtdan azyaşlı övladı onunla birlikdə anasına evində yaşamışdır. 21 avqust 2021-ci il tarixdə azyaşlı övladı xəstə olduğu üçün o, uşağı həkimə aparmış, həkim uşağa resept yazmış və o, bu barədə həyat yoldaşı Şəxs məlumat vermişdir. Anar həmin resepti ona göndərməsini istəmiş, o, da həmin reseptdəki dərmanları alması üçün Anara göndərmiş, Anar isə həmin gün reseptdəki dərmanları aldıqdan sonra ona uşağını Xırdalanda parka gətirməsini istəmişdir. O, uşağı da götürərək qeyd olunan parka getmiş, bir neçə saat gözləsə də Anar parka gəlməmiş və dərmanları gətirməmişdir. O, Anara zəng etdikdə sonuncu ona parka gəlməyəcəyini bildirdikdə telefonda aralarında mübahisə baş vermişdir. Anar telefonda onu söydüyü üçün o, da Anarı söymüş, həmin gün saat 21 radələrində Anar onu söydüyü üçün onların evinə gəlmiş, onunla mübahisə etmiş, onu söyüb təhqir etdiyi üçün o, anası Cəmilə ilə birlikdə Abşeron RPİ-nə gəlib söyüş təhqirlə bağlı şikayət etmiş, sonradan anası Cəmilə ilə birlikdə əri Anarın evinə valideynləri ilə danışmaq, övladlarının hərəkətləri barədə məlumat vermək üçün getmişdir. Onlar Anargilin evinə çatıb taksidən düşdükdə Anarın atası Ceyhun onların qarşısına keçərək onu və anasını təhqir etməyə başlamış, niyə onun oğlundan polisə şikayət etdiyini demiş, bundan sonra əri Anar onun üzərinə hücum çəkib onlara gəldiyi üçün sillə və yumruqla onun qoluna, kürəyinə vuraraq onu döymüş, zorla onun qolundan yapışaraq taksiyə əyləşdirmişdir. Sonda o, Şəxs barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 02 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Cəlal qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 23 avqust 2021-ci il tarixli, 1982 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Cəlal qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ kürək, sağ bazu nahiyyəsinin qançırları bərkküt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 21 avqust 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar