Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1372/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Barəsində icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Laçın rayonunun Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonunun Hacılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 824/835-ci məhəllə, yataqxanada, 4-cü mərtəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində xx.xx.2007-ci il təvəllüdlü X1 ilə birlikdə etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Az samand” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə Abşeron rayonu, Novxanı kəndindən çıxıb Saray-Masazır yolu ilə hərəkət etməyə başlayan zaman “AZPETROL”yanacaq doldurma məntəqəsinə çatmamış, “VİLLA Badam” Yaşayış Kompleksinin aşağı girişinin yanından keçən zaman əks istiqamətli zolağa hərəkət edən “Mercedes-Benz C Klass” markalı, avtomobil qeyd etdiyi yaşayış kompleksinə dönmə əməliyyatı keçirdərkən ona yol verməyərək yoluna çıxdığından idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin sağ böyrünə dəymişdir, nəticədə hər iki avtomobil ciddi zədələnmiş, eləcə də oğlu Nüsrət sol çiyin nahiyəsindən xəsarət aldığından yoldan keçən təcili tibb yardım maşını ilə Sumqayıt Təcili Tibb Yardım Xəstəxanasına çatdırılmışdır. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nicat Hadıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 4 ildir ki, özünəməxsus “Mercedes-Benz C280” markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli avtomobil adına olan “B C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 28 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhərinə getmək üçün Abşeron rayonu, Masazır qəsəbəsinə daxil olaraq, Masazır-Saray Yolu ilə hərəkət etməyə başlamış, “AZPETROL” yanacaq doldurma məntəqəsindən keçəndən sonra yolu səhv salaraq, qırıq xəttlər üzərindən sol tərəfə dönmə əməliyyatı keçirən zaman əks istiqamətli zolaqla düzünə Masazır qəsəbəsinə istiqamətdə hərəkət edən zaman “AZ SAMAND” markalı, avtomobilin yoluna çıxdığından toqquşma baş vermişdir. Həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin sağ böyür hissəsinə dəymişdir. Baş vermiş qəza nəticəsində hər iki avtomobil ciddi zədələnmiş, eləcə də AZ SAMAND” markalı avtomobildə olan sərnişin sol çiyin nahiyəsindən xəsarət aldığından yoldan keçən təcili tibb yardım maşını ilə Sumqayıt Təcili Tibb Yardım Xəstəxanasına çatdırılmışdır. Hadisə zamanı sərxoş olmamışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Abşeron rayon Polis İdarəsi və və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 aprel 2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Abşeron rayonu, Masazır Masazır-Saray yolunun hərəkət hissəsində baş vermişdir;
2. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nicat Hadıyev tərəfindən tərtib edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYP-si vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmışdır.
3. 26.03.2021-ci il tarixli, BD seriyalı, 006540 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs « B1,B,C1,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;
Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vaqif Həsənov