Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1373/2020 12.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin sahə rəisi, polis kapitanı X7 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin sahə rəisi, polis kapitanı X20tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin sahə rəisi, polis kapitanı X20 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20.30 radələrində Zərərçəkmiş şəxs1 oğluna məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, M.İbrahimov küçəsində yaşadığı evin qarşısında park edilmiş vəziyyətdə olan Mercedes Benz 190 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol üçbucaq formalı pəncərə şüşəsini sındıraraq içərisindən 30 manat dəyərində yaddaş kartı, BirBank və Birkart bank kartları talanmaqla nəticədə ona 280 manat dəyərində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, R.Talıbov küçəsi, ev 42-də yaşayan Zərərçəkmiş şəxs2 evə quraşdırılmış BK-1500 markalı kondisioneri yerindən çıxarılıb sökülməklə 30 manat dəyərində mühərrik, həmçinin 20 manat dəyərində bir ədəd gidrafon və 40 manat dəyərində bir ədəd su mühərrikini talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Fəqan” adlı mebel mağazasından 100 manat dəyərində somavarı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Buundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Oba adlı marketdən 3 ədəd 30 manat dəyərində olan “Doktorskaya” kolbasa məhsulunu gizli yolla talayaraq nəticədə mağazaya 30 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 məxsus VAZ 2107 markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobildən 80 manat dəyərində akkumulyatoru talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahkərəmov Rövşən Əli oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 Rəhim oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 2-də yerləşən “İpək adlı kulinariya kafesindən 40 manat pulu və 50 manat dəyərində mobil telefonu talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, X2 işə düzəltmək adı ilə aldadaraq onun 35 manat pulunu ələ keçirmiş, nəticədə ona 35 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X37 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4ın inzibatçı kimi işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Oba” adlı mağazadan 30 manat dəyərində parfumeriya (Rexona deodarant) məhsulunu talamaqla nəticədə ona 30 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə yaşayan Zərərçəkmiş şəxs8 məxsus VAZ 2106 markalı, **-HU- *** dövlət qeydiyyat nişanlı avtomobildən 100 manat dəyərində akkumulyatoru talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahkərəmov Rövşən Əli oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə evdə paltarının cibindən 50 manat pulu və 5 manat dəyərində iki ədəd siqareti talamaqla nəticədə ona 55 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən Mövsumova Mehri Sabir qızına məxsus bir ədəd 30 manat dəyərində su sayğacını talamaqla nəticədə ona 30 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan X4 məxsus evin həyətinə quraşdırılmış bir ədəd su sayğacını talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev23/29, mənzil 33-də yaşayan Zərərçəkmiş şəxs12 Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Azadəliyev küçəsi, yeni məhəllədə yerləşən ona məxsus evin həyətinə quraşdırılmış 20 manat dəyərində su sayğacını, zirzəmidə saxladığı 7 manat dəyərində su tarazını, taxta qapının üzərindəki 30 manat dəyərində olan kilidi və zirzəminin divarlarına çəkilmiş hər bir metri 70 qəpik olan cəmi 42 manat dəyərində olan 60 metr uzunluqda elektrik naqillərini talamaqla nəticədə ona 99 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, A.Qəhrəmanov küçəsində yaşayan Zərərçəkmiş şəxs13 məxsus 50 manat dəyərində su sayğacını talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahkərəmov Rövşən Əli oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi 3,ev10-da yaşayan Zərərçəkmiş şəxs14 məxsus evdən 50 manat dəyərində kondisionerin mis borusunu talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X31 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, 8-ci mkr, ev 27/7-də yaşayan Zərərçəkmiş şəxs15 Bakı-Sumqayıt marşurutu ilə Qazel markalı avtobusla Abşeron rayonu, Ceyranbatan qəsəbəsində olarkən əl çantasından içərisində 50 manat pul olan pul kisəsini talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X34 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi y/k blok 42-nin qarşısında saxladığı “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50 manat dəyərində sağ yan güzgüsünü talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə X5 Masazır qəsəbəsi, M.Füzuli küçəsində şalvarının cibindən 62 manat pul olan 7 manat dəyərində süni materialdan olan pul qabını talamaqla nəticədə ona ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs17 Masazır qəsəbəsi, M.Füzuli küçəsində şalvarının cibindən 4 manat pulunu talamaqla nəticədə ona ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 22 (iyirmi iki ) inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 22:50 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1373/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1373/2020
12.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver