Məhkəmə qərarları › İş №3(012)-1373/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1373/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1373/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Protokol tərtib etmiş şəxs: X3 Qərardan şikayət verən şəxs: X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Yol-Patrul Xidməti Alayının Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-168109 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Yol-Patrul Xidməti Alayının Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, 16/1-168109 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqlnda iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Ramil Teyyubov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, 28 avqust 2023-cü il tarixdə idarə etdiyi “Toyota Hilux” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 8-ci kilometrliyində orta zolaqda hərəkətdə olarkən sağ tərəfində arxada hərəkət edən “Toyota Prado” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil özündən sağ tərəfdə hərəkət edən “DAF” markal, ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduqdan sonra onun avtomobilinin sağ tərəfinə çırpılmış və nəticədə zəncirvari yol qəzası baş vermişdir. Hadisədən bir gün sonra ifadə verdiyini, ifadənin onun sözlərinə uyğun yazılmadığını, oxumadan imzaladığını bildirərək onu da əlavə etmişdir ki, hadisədə onun təqsiri olmamışdır. Bu barədə o, həmin gün inspektora dəfələrlə bildirmiş və ətraflı araşdırma tələb etmişdir. Sonradan 40 manat məbləğində cərimə edilmidiyini öyrənmişdir. Həmin qərardan şikayət vermiş, şikayəti təmin edilərək, qərar ləğv edilmiş, yenidən araşdırılma aparılması üçün səlahiyyətli orqana göndərilmişdir. Bundan sonra ona hər hansı bir məlumat verilməmiş, dəfələrlə nəticəsi ilə maraqlansa da, cavab ala bilməmişdir. Cəbrayıl rayon Məhkəməsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair barəsində qaldırılmış, iddia ərizəsindən ona məlum olmuşdur ki, hadisədə heç bir təqsiri olmadığı halda o, təqsirli bilinmiş və müddətin keçməsi ilə əlaqədar inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərar əsassızdır və sadalananlara əsasən ləğv edilməlidir. Verilən suallara cavab olaraq bildirdi ki, bəli cəriməni ödəmişdir, lakin həmin vaxt cərimənin nə ilə əlaqədar olduğunu bilməmiş, başqa inzibati xəta ilə əlaqədar olduğunu düşünmüşdür. Digər suallarla bağlı onu da bildirdi ki, hadisə günü və bundan sonra elə zənn etmişdir ki, hadisə onun səhvi səbəbindən olmuşdur. Elə buna görə də, Prado markalı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün təşəbbüs göstərmiş, bir neçə dəfə nəqliyat vasitəsinin sahibi ilə görüşmüş və ya danışmışdır. Hətta bir dəfə usta ilə də onun ünvanına maşına baxış keçirməyə getmişlər. Elə həmin vaxt həm usta demiş, həm də nəqliyat vasitəsində olan əziklərə əsasən anlamışdır ki, hadisənin səbəbkarı o, deyil. Verilmiş suala cavab olaraq onu da əlavə etdi ki, helə də müəyyən qədər Prado markalı nəqliyyat vasitəsinin sahibinə zərər ödəmək təklifi, onun özünü təqsirli bilməsi ilə əlaqədar deyil. Məhkəmə iclasınında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Yol-Patrul Xidməti Alayının Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru X4 bildirdi ki, şikatətçi Ramil Teyyubov tərəfindən ərizədə qeyd edilənlər, tam əsassızdır. Belə ki, barəsində inzibati icraat aparılan zaman ifadənin məzmununa müdaxilə edilməmiş, sərbəs şəkildə ifadəsi alınmışdır. Hadisə vaxtı onun təqsirli olması işin mübahisəsiz halı olmuişdur. Sonradan nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı qarşı tərəflə razılaşa bilmədiyi üçün qərardan şikayət vermişdir. Onu da qeyd etdi ki, həmin məbləğdə cərimə, R. Teyyubov tərəfindən ödənilmişdir. Əgər o, özünü təqsirli bilməsə cəriməni ödəməzdi. Nəzərə alınmasını və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında “Toyota Prado” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bildirdi ki, hadisə R. Teyyubov tərəfindən törədilmişdir. O, hadisədən sonra onunla bir neçə dəfə görüşmüş və danışmışdır. Lakin nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi ilə bağlı aralarında razılıq əldə edilməmişdir. R. Teyyubov bu günəə kimi, ona təmir xərcindən xeyli miqdarda az pul təklif etməklə iddiasını geri götürməsini xahiş edir. Nəticə əldə edə bilmədiyi üçün iş prosesini uzatmaq isrəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 28 avqust 2023-ci il tarixdə, saat 17:16 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1059 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1059 saylı qərarı ləğv edilmiş, materialların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 16/1-168109 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 inzibati xətanın törədilməsində təqsirli bilinmiş, məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xatanın olub-olmamasını, inzibati xətal törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktik malumatlar inzibati xətalar haqqında işlar üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexsin. zarar çəkmiş şaxsın, şahidlarin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyati orqanının müayyan etdiyi orqanın (qurtumin) informasiya sisteminda, habela digar dovlat informasiya sistemlarinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digar protokollarla müəyyən edilir; 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan va metroloji sınaqdan keçmiş ölçü cihazları va bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitalar xüsusi texniki vasitələr adlanır; 81.2-ci maddəsinə əsasən yol harakati qaydaları, yol harakati təhlükəsizliyinin tamin edilmasi va avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xataların aşkarlanmasında istifadə olunan, foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının markazi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xata haqqında iş üzra qararda) qeyd edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir; 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vazifalı şaxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər; Belə ki, iş materillarına əlavə edilmiş sənədlərə, ilkin və məhkəmə iclasında verilmiş ifadələrə əsasən müəyyən edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar əsaslıdır. Şikayətçinin qeyd etdiyi hallar qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X1 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətaları törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarlarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarların ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Yol-Patrul Xidməti Alayının Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-168109 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Yol-Patrul Xidməti Alayının Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-168109 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar