Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1376/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991- ildə Sumqayıt şəhərində anadan olmuş, subay,ali təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, işləyən, Sumqayıt şəhərində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan BTZ bağları fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30-da idarə etdiyi “Tofaş” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Saray qəsəbəsində Bakı-Quba yoluna tərəf getdikdə 503 saylı marşrut xətti üzrə hərəkətdə olan, “Hyundai Caunti” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtobusun yoluna çıxaraq avtobusa çırpılmış və nəticədə Şəxs sağ saidin və sağ budun dərialtı hematomaları, eləcədə sağ çiyin qurşağının və sol baldırın qançırları ilə müşayət olunan dərəcəsi təyin edilməyən və hadisə zamanı avtobusda sərnişin olmuş X4 isə sağ budun dərialtı hematomaları, eləcədə sağ çiyin qurşağının və sol baldırın qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurma xəsarətlərini almışlar. Qanunvericiliyə əsasən sağlamlığa zərər vurmayan və yüngül xəsarət ilə nəticələnən yol nəqliyyat hadisəsində, hadisədə günahkar olan şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 263.1-ci maddəsinin tərkibi yaranmır. Buna görə də hadisədə günahkar Şəxs əməlində cinayət tərkibi yoxdur. Lakin Şəxs törətdiyi yol nəqliyyat hadisəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron rayonu DYPŞ-nin polis mayoru X3 tərəfindən xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki,2013-ci ildən BC dərəcəli sürücülük vəsiqəsi var və avtomobil idarə edir. xx.xx.2020-ci il tarixdə saat 10:30-da “Tofaş” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Saray qəsəbəsində Bakı-Quba yoluna tərəf getdikdə əmisi rəhmətə getdiyi üçün fikirli olaraq, saatda 50 km sürətlə getdikdə 503 saylı marşurut xətti üzrə hərəkətdə olan, “Hyundai Caunti” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtobusun yolunda olduğunu görmüş, avtomobili saxlamaq istəsədə həmin avtobusa çırpılmışdır. Həmçinin, hadisə zamanı xəsarət aldığını, MTE-dan keçmək istədiyini və hadisə zamanı avtomobilin qabaq tərəfinin əzildiyini bildirmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs, digər tərəflər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixdə verilmiş 1143 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ saidin və sağ budun dərialtı hemotomaları, eləcə də sağ çiyin qurşağının və sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtobusun qəzaya uğraması nəticəsində avtobusun içində öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatıAbşeron rayonu DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmişlərlə barışdığını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏARAR ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1376/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1376/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver