Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1376/2021 14.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş MN1140947 saylı Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, 13.08.2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri,Ə.Nəvai küçəsində yaşayan X1 evində 03 ədəd stəkanı sındırmaqla ona 50 manat ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, 13.08.2021-ci il tarixdə saat 21 radələrində Fatimə Qasımovanın evinə getmiş, aralarında baş verən danışıqlar zamanı, sonuncu onların aldığı üzüyü qaytarmış, bu zaman Fatiməyə öz iradını bildirmiş, ona xərclədikləri pulu tələb etmiş və aralarında sözlə mübahisə baş vermişir. Həmçinin o, Fatimə Qasımovanın izahatında göstərdiklərini təkzib etmiş və bildirmişdir ki, stəkanları o, sındırmamışdır, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs X2 bildirdi ki, Mirağa Əlizadə onun keçmiş nişanlısı, həmçinin qonşusudur. Təxminən 2 il əvvəl evlənmək məqsədilə aralarında münasibət olmuş, sonradan sonuncu ilə xasiyyətlərinin uyğun olmamasına görə münasibətlərini bitirmişlər, lakin ailələrinin qarşılıqlı razılığı ilə təkrar danışmaq qərarına gəlmiş və nişanlanmışlar. Bundan sonra Mirağanın ona olan münasibəti dəyişmiş, qısqanclıq zəminində tez-tez mübahisələri olmuşdur. Həmin mübahisələrlə bağlı 13.08.2021-ci il tarixdə Mirağanı evlərinə dəvət etsə də, sonuncunun əvəzinə evə anası Failə, xalası Xanım, bacısı Fatimə və xalası Rufanə gəlmişdir. Mirağanın anası Failə onların evində olarkən ucadan danışmağa başlamış, onun və anası Kəmalənin ünvanına nalayiq ifadələr işlədərək alçaltmağa cəhd göstərmişdir. Failənin kobud rəftarını gördükdən sonra, evə girərək nişan zamanı ona alınan üzüyü qaytarmış və Mirağa ilə münasibətini davam etdirmək istəmədiyini bildirmişdir. Bu zaman Failə və Xanım anasının üzərinə hücum çəkmiş, hədə qorxu gəlməklə gətirdikləri xonçaların və qurbanlıq qoyunun pulunu onlardan tələb etmişdir. Hadisə zamanı Failə stolun üzərindəki 3 ədəd stəkanı sındırmış, daha sonra Mirağa onların evinə gələrək Kəmalə ilə kobud danışmış və anası Failəni həyətdən çıxarmışdır. Stəkanları sındırması nəticəsində onlara 50 manat maddi ziyan dəymişdir. Sonra bildirmişdir ki, əslində məqsədi stəkan deyil, qarşı tərəfin onu narahat etməməsini tələb edir. Məhkəmə iclasında dindirilmiş şahid X4 bildirmişdir ki, 13.08.2021-ci b tarixdə saat 21 radələrində anası Failə və xalası Xanımı sözlü olduğu Fatimə Qasımovanın yaşadığı evdən götürmüş, evə çatan zaman heç bir mübahisənin olmadığını görmüşdür, həm də Fatimə Qasımovanın izahatında göstərdiklərini təkzib etmişdir İş materiallarına əlavə olunmuş 26 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ-nə göndərilmişdir. Qərardan görünür ki, 13.08.2021-ci il tarixdə Şəxs Fatimə Qasımovanın yaşadığı evə gələrək əvvəlcə münaqişə yaratmış, daha sonra stolun üzərində olan stəkanları sındırmış və nəticədə onlara 50 manat maddi ziyan dəymişdir. Məhkəmədə mübahisə nəticəsində Fatimə Qasımovanın yaşadığı evdə münaqişə nəticəsində stəkanların məhz Failə Əİliyev tərəfindən qəsdən sındırılması sübut olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1376/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1376/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver