Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1376/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin İnsan Resursları və İnzibati İdarəetmə Departamentinin Hüquq şöbəsinin kiçik hüquqşünası X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-2372/2024 saylı məktubu ilə tələb edilən sənədi (idarəetmə hesabatını) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işlən şöbəsinin rəisi X2 tərəfindən xx.xx.2024cü il tarixdə, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin İnsan Resursları və İnzibati İdarəetmə Departamentinin Hüquq şöbəsinin kiçik hüquqşünası X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-26/2-2372/2024 saylı məktubu ilə tələb edilən emitentin illik idarəetmə hesabatı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Banka çatdırılması üçün poçt şöbəsinə təqdim edilmiş və həmin hesabat xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına çatdırılmışdır. "A+CO" ASC tərəfindən tələb olunan hesabatlar Mərkəzi Banka qanunvericiliyin tələb etdiyi formaya uyğun təqdim edildiyi üçün artıq inzibati xəta tərkibi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ümumiyyətlə hesabatların təqdim edilməməsi və ya təhrif olunmuş şəkildə təqdim edilməsi halında məsuliyyəti müəyyən edir. Bu maddədə tələb olunan məlumatların müvafiq müddət ərzində təqdim edilməsi tərkib elementi kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işlən şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğundan ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-2372/2024 saylı məktubdan görünür ki, Şəxs ASC-nin emitentlərin illik hesabatında idarəetmə hesabatını 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - “A+CO" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış hesabat xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə illik idarəetmə hesabatı Azərbaycan Respublikasının Mərkəzi Banka çatdırılması üçün poçt şöbəsinə təqdim edilmiş və həmin hesabat xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına çatdırılmışdır. - Poçt göndərişlərinin izlənməsi barədə portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış SX021105545AZ nömrəli sifarişli xəbərdarlıq etmə məktubu xx.xx.2024-cü il tarixdə “Mərkəzi Bank” tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “A+CO" ASC tərəfindən tələb olunan sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Belə olan halda hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsi üçün əsaslar qalmamışdır, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “A+CO" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1376/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1376/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver