Məhkəmə qərarları › İş №3(012)-1380/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1380/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1380/2020 11.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə X8 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərardan onun tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında qeydiyyatdayam və həmin ünvanda ailəmlə birlikdə yaşayır. O, Abşeron Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş xx xxxxx 2020- ci il tarixli, YPX ******* saylı İnzibati Xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-1038/2020 saylı, xx.xx.2020-ci fl tarixli qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Şifahi olaraq izah edilmişdir ki, məhkəməyə barəmdə tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, YPX ******* saylı İnzibati Xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı deyil, barəmdə tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, YPX ******* saylı İnzibati Xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. O, ‘'M.Nazimoğlu' MMC-də Təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir, ölkədə baş vermiş Koronovirus pandemiyasma görə (Covid -19) görə Elektron Hökümətin X5, e-gov.az icazə portalından da qeydiyatdan keçmiş və işə gedib-gəlmək üçün icazə almışdır. Guya Yeni epidemiya əleyhinə rejimin, sankitariya-gigieniya karatin rejiminin pozduğum üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə mənə cərimə cəzası tətbiq edilmişdir. Elə buna görə də xx xxxxx 2020-ci il tarixli X6 Haqqında qərar qəbul edilmişdir. Yeni epidemiya əleyhinə rejimin, sankitariya-gigieniya karatin rejiminin pozulması maddəsi ilə cərimə etmişdir. Nəzərinizə çatdırıram ki, mən həmin vaxt qaratin rejiminin tələbinə uyğun ləvazimatlarla təhciz olunmuş və sənədləri qaydasında olmuşdur. O, x xxxxx 2020-ci il tarixli, YPX ******* saylı X6 haqqında qərarın ləğv edilməsini xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Sumqayıt şəhər Pİ-nin YPX-i inspektoru tərəfindən qəbul edilmiş x xxxxx 2020-ci il tarixli, YPX ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X3 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə belə hesab edir ki, X8 faktiki yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Sumqayıt şəhər Pİ-nin YPX-i inspektoru tərəfindən qəbul edilmiş x xxxxx 2020-ci il tarixli, YPX ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Sumqayıt şəhər Pİnin YPX-i inspektoru tərəfindən qəbul edilmiş x xxxxx 2020-ci il tarixli, YPX ******* saylı qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar