Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1381/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə Baş Dövlət X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Baş Dövlət X3 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş EQ ******* saylı qərarından Səfərov Rövşən Sənan oğlunun şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : Səfərov Rövşən Sənan oğlu şikayət ərizəsi ilə Baş Dövlət X3 Mərkəzi Məlumat Xidmətinin EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Səfərov Rövşən Sənan oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, **-BZ-*** dövlət qeydiyyat nişanlı «Opel Meriva» nəqliyyat vasitəsilə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma qaydalarını pozduğu hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, O nəqliyyat vasitəsini səkinin yoldan kənara çıxan hissəsində yəni nəqliyyat vasitələrinin dayandırılması üçün müəyyən olunmuş yerdə qısa müddət saxlamışdır. Ona görə də xahiş edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Şikayətçi Səfərov Rövşən Sənan oğluna məhkəmə prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Səfərov Rövşən Sənan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Baş Dövlət X3 nümayəndəsi Nümayəndə çıxış etməklə bildirdi ki, Səfərov Rövşən Sənan oğlu xx.xx.2020-ci il tarixində idarə etdiyi «Opel Meriva» markalı nəqliyyat vasitəsilə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozaraq, “yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi səbəbindən barəsində EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Səfərov Rövşən Sənan oğlu Abşeron məhkəməsinə şikayət ərizəsi ilə müraciət onun barəsində tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərardan şikayət etmiş və EQ ******* elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, şikayətçi xx.xx.2020ci il tarixdə saat 11.06.23 dəqiqədə «Opel Meriva» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin istifadəçisi Səfərov Rövşən Sənan oğlu tərəfindən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbul edilmiş EQ ******* nömrəli elektron qərar Azərbaycan Respublikası qanunvericiliyinə tam uyğun şəkildə tərtib edilmişdir. İnzibati xətaya dair qeydə alınmış şəkillər də mövcuddur. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozduğuna görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarında olan EQ ******* saylı qərardan görünür ki, Səfərov Rövşən Sənan oğlu **-BZ-*** dövlət qeydiyyat nişanlı «Opel Meriva» minik markalı nəqliyyat vasitəsilə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 20 manat cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı inzibati xətanı əks etdirən şəkillərə və iş materiallarında olan sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Səfərov Rövşən Sənan oğlu xx.xx.2020ci il tarixində idarə etdiyi «Opel Meriva» markalı nəqliyyat vasitəsilə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozaraq, “yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi səbəbindən barəsində EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Səfərov Rövşən Sənan oğlu Abşeron rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət onun barəsində tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərardan şikayət etmiş və qısa müddətdə orda dayandığından EQ ******* elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə saat 11.06.23 dəqiqədə «Opel Meriva» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin istifadəçisi Səfərov Rövşən Sənan oğlu tərəfindən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbul edilmiş EQ ******* nömrəli elektron qərar Azərbaycan Respublikası qanunvericiliyinə tam uyğun şəkildə tərtib edilmiş və qısa müddətdə qadağan olunmuş yerdə durma qərarın ləğvi üçün əsas ola bilməz. Ona görə də hesab edirəm ki, Baş Dövlət X3 inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən Səfərov Rövşən Sənan oğlunun şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun36cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, dayanmanın qadağan olduğu yerlərdə nəqliyyat vasitəsinin durması qadağandır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Səfərov Rövşən Sənan oğlu inzibati qərardan şikayətini qısa müddətdə qadağan olunan yerdə saxlaması ilə əsaslandırılmışdır. Lakin iş materiallarında olan şəkillər və sənədlərdən inzibati xətanın mahiyyəti görünür və qısa müddətdə qadağan olunan yerdə saxlama şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Səfərov Rövşən Sənan oğlu Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) manat inzibati cərimə tətbiq edilməsinə dair EQ ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Səfərov Rövşən Sənan oğlu Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) manat inzibati cərimə tətbiq edilməsinə dair Baş Dövlət X3 EQ ******* saylı qərardan verilmiş şikayəti əsassız olduğundan təmin edilməsin. Baş Dövlət X3 EQ ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1381/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1381/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver