Məhkəmə qərarları › İş №3(012)-1381/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1381/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1381/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy Rayonu, Arıqıran Ərazi Dairəsi, Arıqıran kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nəsimi küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Natiq İsmayılov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 13 aprel 2025-ci il tarixdə, saat 11:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsimi küçəsində yaşayan Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı döymüş, yəni onun sağlamlığına zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, hadisə günü aralarında sözlə mübahisə olsa da, o, Zərərçəkmiş şəxs vurmamış ona qarşı hər hansı fiziki təsir göstərməmişdir. Araşdırılma zamanı bu barədə polis orqanlarında ifadə verərkən bildirdiyi kimi, onun evində usta işlədiyi vaxt istifadə edilmiş sement məhsulunun boş kisəsi havanın küləkli olması səbəbindən qonşunun, yəni Zərərçəkmiş şəxs həyətinə yaxın yerə düşmüşdür. Bu adi məsələni söz- söhbətə çevirərək Zərərçəkmiş şəxs onu təhqir etmişdir. O, da səsə çıxaraq əvvəl üzür istəsə də Roza Həsəniovanın sakitləşmədiyini görüb onunla sözlə mübahisə etmişdir. Lakin əvvəl də, qeyd etdiyi kimi onu vurmamış, itələməmiş, onun xəsarət ala biləcəyi davranışa yol verməmişdir. Hətta hadisə günü baş verənlərə aid video görüntünün də olduğunu bildirməklə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərkən bildirdi ki, hadisə günündən daha əvvəl də onunla Şəxs ilə arasında bir neçə dəfə mübahisə olmuş, o, bu barədə polis orqanlarına müraciət etmişdir. Hadisə günü Şəxs onun ünvanına gələrək, dayısına olan borcunu ödəməsini ondan tələb etmiş və ya evi boşaltmasını bildirmiş, lakin o, tam pulu ödəməklə evi almasını, bu səbəbdən heç bir borcun olmadığını dedikdə sonuncu onunla mübahisə etməyə başlamışdır. Şəxs ilk olaraq onu əl hərəkətləri ilə vurmuş, o, müavizəniti itirib yıxıldığı halda yerlə sürümüş, ətrafda olan şəxslər onu sonuncunun əlindən zorla almışdırlar. O, hadisədən sonra dərhal polis orqanlarına məlumat vermiş və ekspertizadan keçmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında çıxış edərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta olması sübuta yetirilmədiyindən barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 29 aprel 2025-cü il tarixli 819 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin ön səthinin sıyrığı, hər iki dizin qançırları küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilərdilər. sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir;

2. “Cinayət işinin başlanmasının rədd olunması barədə” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs döyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli zərərçəkmişin barəsində verilmiş ekspert rəyi, 03 may 2025-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, habelə zərər çəkmiş şəxslə barışıq əldə etmək üçün təşəbbüs göstərməyərək, sonuncunun ondan şikayətçi olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar