Məhkəmə qərarları › İş №3(012)-1384/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1384/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1384/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci və 511.1.3-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən material daxil olmuşdur. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında material natamam olduğu üçün material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir.Belə ki, Abşeron rayon polis idarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib olunan zaman hüquqi yardım göstərmək üçün ona müdafiəçi təyin olunmamış və onun müdafiəcinin hüquqi yardımından imtinası barədə ərizəsi alınmamışdır. Qeyd edilənlərdən göründüyü kimi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxsin müdafiə hüququnun pozulması ilə tərtib edildiyindən hazırkı vəziyyətdə işə baxılması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 65.1, 106, 109-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar