Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1386/2021 15.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, po mayoru X4, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olm Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sybay, B şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospe ev 185, mənzil 68-də qeydiyyatda olmaqla, həmin ünvan yaşayan (tel: 070 885 87 96) Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşer Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 15 sentyabr 2021-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs 15 sentya 2021-ci il saat 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən kafe karantin rejimini pozması, bununla da kafeni işlədən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs 15 sentyabr 2021-ci il saat 01:00 radələrində tərəfindən icarə əsasında işlədilən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən kafedə bir nəfər dostları ilə ad günündə iştirak etməklə karantin rejimi qaydasını pozması müəyyən olunmuşd Polis əməkdaşları özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron RPİ-nə dəvət etmiş və ora həmin şəxslərdən birinində Şəxs olması müəyyən edilmişdir. Bununla da Şəxs ölkə ərazisində tət olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublik İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, o, 15 sentyabr 2021-ci il saat 01: radələrində X6 tərəfindən icarə əsasında işlədilən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən kafedə on bir nəfər dostları ilə ad günündə iştirak edərkən karantin rejimi qaydasını yoxlam üçün reyd keçirən polis əməkdaşları oraya gəlmiş, kafedə karantin rejimini pozduğu üçün onları Abşer RPİ-nə dəvət edərək barələrində inzibati protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilər məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tət edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictim münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzünd törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hes olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlin həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulm tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyek baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şə Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətan törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materiall ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xəta Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzib xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alm məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənb ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsa olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, on təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbe məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yana həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəm iclasında 2 saat olmaqla, cəmi 12 (on iki) manat məbləğində pul dövlət hesabına hüquqi yard göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 4 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətan törədilməsində təqsirli bilinsin və ona 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənb tətbiq edilsin. Dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Bakı şəhəri, Binəqədi rayonu icra və Probarsiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında 2 sa olmaqla, cəmi 12 (on iki) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırda şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabı ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəm vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1386/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1386/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver