Məhkəmə qərarları › İş №3(012)-1389/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1389/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1389/2021 15.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X14 bildirdi ki, Şəxs əvvəlcə 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində birlikdə yaşadıqları ünvan 2 ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı qardaşı X1 qulaq seyvanının 01 ədəd, sağ yanaq nahiyyəsinin 01 ədəd, sağ bazu nahiyyəsinin 01 ədəd qançırları, sağ gicgah məməyə-bənzər nahiyyəsinin hematoması, daha sonra isə 18 avqust 2021-ci il tarixdə saat 20 radələrində anası Zərərçəkmiş şəxs qızına sağ baldır nahiyyəsinin qançırları ilə nəticələnən, bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə X4 və Zərərçəkmiş şəxs qızını döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qızı anası, Xaliq Xudaverdiyev isə qardaşıdır. Onlar birlikdə yaşayırlar. 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə olan zaman yay ayaqqabılardan iki ədədin yerində olmamasını görüş, qardaşı Xaliqə ayaqqabılarının harada olmasını soruşmuş, Xaliq isə ayaqqabıların harada olmasını bilmədiyini demiş, o, ayaqqabıları Xaliqin götürdüyünü deyib ayaqqabılarını geri qaytarmasını tələb etmiş, Xaliq evdən çıxıb getmiş və bir qədər sonra geri qayıdaraq ayaqqabının bir ədədini gətirmiş, o, Xaliqə digər ayaqqabını da gətirməsini demiş, Xaliq yenə də evdən çıxıb getmiş, lakin qayıdaraq ayaqqabını tapmadığını bildirdikdə o da buna görə əsəbləşmiş və sillə ilə 3-4 dəfə Xaliqin sifət nahiyəsindən zərbə vurmuş, Xaliq bundan sonra evdən çıxıb getmiş və geri qayıtmamış, saat 20 radələrində isə anası Şəlalə yaşadıqları evə gəlmiş, o, yuxudan oyandıqda anası Şəlalənin əlində olan oxlavla onu vurmuş, anası Şəlalənin onu yenə də vurmaması üçün ayağa qalxmış və anası Şəlaləni əlləri ilə kənara itələyib öz otağına getmiş, sonradan isə anası Şəlalənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, anası Şəlaləni vurmadığını, sadəcə olaraq əli ilə anası Şəlaləni kənara itələməsini, aralarında olan mübahisənin 2-3 dəqiqə davam etdiyini, həmin zaman evdə başqa heç kəsin olmadığını, 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı sillə ilə 3-4 dəfə qardaşı Xaliqin sifət nahiyyəsindən zərbə vurduğunu, aralarında olan mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman orada başqa heç kəsin olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, Şəxs onun oğludur. 18 avqust 2021-ci il tarixdə saat 20 radələrində işdən çıxıb yaşadığı evə gələn zaman bacısı Leyla onunla telefon vasitəsilə əlaqə saxlayaraq oğlu Nadirin 2008-ci il təvəllüdlü oğlu Xaliqi döyməsi barədə məlumat vermiş, o, yaşadığı evə gəlmiş və Nadirdən hansı səbəbə Xaliqi döyməsini soruşmuş, Nadir isə ona kobud cavab qaytarmışdır. O, Nadirin bu cür davranışına görə sonuncuya irad bildirmiş, bundan sonra Nadir onunla mübahisə etməyə başlamış, Nadir mübahisə zamanı təpiklə bir dəfə qarın nahiyəsinə zərbə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış və yıxılan zaman baş nahiyəsi otaqda olan mebelə dəymiş, o, Nadiri qorxutmaq məqsədilə mətbəxə gedib oradan oxlovu götürmüş, lakin Nadir oxlovu onun əlindən almış və oxlovla bir dəfə ayaq nahiyəsinə zərbə vurmuş, daha sonra isə oxlovu kənara atıb yumruq və təpiklə baş, sifət, qarın və bel nahiyələrinə zərbələr vurmuşdur. Sonda o, Şəxs barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə və müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs onun qardaşıdır. 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə olan zaman Nadir ondan yay ayaqqabısının harada olmasını soruşmuş, o, Nadirin ayaqqabısını gətirib özünə vermiş, Nadir ona ayaqqabını çirkləndirdiyini və yeni yay ayaqqabısı almasını tələb etmiş, həmçinin yumruqla baş, təpiklə isə ayaq nahiyəsinə zərbələr vurmuş, o, evdən çıxıb getmiş, lakin ayaqqabı tapa bilməyib evə geri qayıtmış, Nadir buna görə onu yerə yıxaraq başını yerə və darvazaya çırpmış, eləcə də yumruqla sifət və qulaq nahiyyəsinə zərbələr vurmuş, bundan sonra Nadir bir neçə dəfə onu ayaqqabı tapmaq üçün göndərmiş, o, ayaqqabı tapıb alsa da, Nadir ayaqqabının rəngini bəyənmədiyini demiş, o, buna görə evdən çıxıb xalası Leylagilə getmiş və bu barədə xalasına demiş, xalası Leyla da Nadirin onu döyməsi barədə anasına məlumat vermişdir. O, izahatında əlavə olaraq Nadirin 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evin həyətində mübahisə zamanı əvvəlcə yumruqla baş, təpiklə isə ayaq nahiyəsinə zərbələr vurmasını, daha sonra isə yerə yıxaraq başını yerə və darvazaya çırpmasını, eləcə də yumruqla sifət və qulaq nahiyyəsinə zərbələr vurmasını göstərdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 28 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 19 avqust 2021-ci il tarixli, 1958 saylı rəydən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ baldır nahiyyəsinin qançırı küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 18 avqust 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 19 avqust 2021-ci il tarixli, 1959 saylı rəydən görünür ki, 2008-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol qulaq seyvanının 01 ədəd, sağ yanaq nahiyyəsinin 01 ədəd, sağ bazu nahiyyəsinin 01 ədəd qançırları, sağ gicgah məməyə-bənzər nahiyyənin hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 18 avqust 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X8 və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X3 məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X8 və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X3 məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar