Məhkəmə qərarları › İş №3(012)-139/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-139/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-139/2021 13.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Laçın rayonu, Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Laçın rayonu, Alxaslı kəndində qeydiyyatda olan yeni Bakı yaşayış kompleksi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlu barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN 0923201saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində qanunsuz olaraq narkotik maddələr üzərində saxlamışdır. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bir müddət əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində işlədiyi mağazanın arxasmda yerdən tapdığı üç bükümdə ümumi çəkisi, 0.55 qram narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman Abşeron RPİ-nin, DYPŞ-nin, YPX inspektorları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə dəvət edilmiş, polis idarəsində həmin narkotik vasitəni (marixuananı) təqdim etmişdir. Şəxs götürülmüş narkotik vasitə marixuanaya oxşar kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir. ƏNnin MEM-nın xx.xx.2020-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş üç bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,55 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 0.55 qramdır. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 00:10-da Abşeron rayonu, Masazır qəsəbəsində,Füzuli küçəsində YPX-i əməkdaşları yolun kənarında avto'mobil saxlayaraq sənədləri yoxladıqda o, polislərə yaxınlaşaraq avtomobilin kənarda saxlamalarını bildirmişdir. YPX-nin əməkdaşları ona köbud cavab vermiş, o da cavab qaytardıqda, polislər onu avtomobilə əyləşdirərək polis idarəsinə gətirmək istədikdə, o hadisə yerindən qaçsada, YPX-nin inspektorları Tural Aslanov və Vasif Ələskərov onu avtomobilə gətirdikdə, onun əllərində polislər tutduğu üçün o ağzı ilə Vasifin sinə nahiyəsindən dişləyərək ona müəyyən xəsarətlər yetirmişdir. Sonradan onu zorla patrul avtomobilinə mindirərək polis idarəsinə gətirilmiş və polia idarəsində üzərinə baxış keçirəcəklərini bildirdikdə onlara narkotik tərkibli maddədən istifadə etdiyi etiraf etmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Həmin vaxt ona bildiriş oxunmuş, iştirakçıların və vəkilin iştirakı ilə baxış keçirilmiş həmin vaxt o əynində olan göy rəngli cins şalvarın yan cibində olan kibrit qutusunun içərisində qoyulmuş 3 ədəd siqarət qızılı kağızma bükülmüş "marixuana"ya bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmçinin təxminən 1 ildir narkotik vasitədən əsəblərinin sakitləşməsi üçün istifadə etdiyini, onu işlədiyi Masazır qəsəbəsində yerləşən mağazanın arxasından tapdığını və istifadə üçün götürdüyünü bildirmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs oğunun xx.xx.2020-ci il tarixdə məhkəməbioloji ekspertizası təyin edilməsi barədə qərar qəbul edilərək ƏN-nin MEM-nə göndərilmişdir. ƏN-nin MEM-nın xx.xx.2020-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş üç bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,17 qram,0.2 qram,0.18 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 0.55 qramdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1( bir) ay müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ümumi xalis çəkisi 0.55 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, məhv edilsin. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs X5 oğluna məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar