Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1392/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Tovuz rayonu, Qaraxanlı kəndindı anadan olmuş, subay, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron Rayon Polis İdarəsi polis mayoru X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:40 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən Xırdalan dairəsi istiqamətinə doğru hərəkətdə olarkən X1 idarə etdiyi “Mercedes Benz C-220” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, eyni zamanda sonuncu avtomobil də bundan sonra qarşıda dayanmış vəziyyətdə olan X3 idarə etdiyi “Kia Optima” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə Şəxs az ağır dərəcəli, Mahir Soltanov sağlamlığa Yüngül zərərvurmaya aid, eyni zamanda Şəxs avtomaşınında olan sərnişin X6 isə dərəcələri təyin olunmayan xəsarətlər almışlar. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə “Afto Rentekar MMC Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin 15 nömrəli Xüsusi Təyinatlı Yİ” MMC-də müqavilə əsasında “Chevrolet Cruze” markalı **-UK-*** dövlət nömrə nişanlı avtomaşını icarəyə götürüməklə idarə edir. xx.xx.2020-ci il tarixdə sözü gedən idarə etdiyi maşınla əmis X6 ilə birlikdə Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksində yaşayan dostu X5 evlərinə gəlib gecə saat 00:30 radələrində əmisi və dostu Elmarı da götürüb Biləcəri qəsəbəsinə getmişlər. Əmisi Sakit maşının sağ qabaq oturacağında, Elmar isə arxa oturacaqda əyləşmişlər. Xırdalan şəhəri, H.Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətinə doğru hərəkət edərkən Xırdalan dairəsinə təxminən 300-500 metr məsafə qalmış arxadan gələn avtomaşına yol vermək üçün yolun sağ hərəkət zolağına çıxmışdır. Bu zaman qarşıda dayanmış vəziyyətdə olan “Mercedes” markalı **- FJ-*** dövlət nömrə nişanlı avtomaşını görüb əyləci işə salmış, həmin vaxt avtomobili sürüşərək sözü gedən maşınla toqquşmuşdur. Onun avtomobili Mercedesə arxadan dəydikdən sonra “Mercedes” markalı maşını da, qarşıda dayanmış “Kia Optima” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomaşına toxunmuşdur. Nəticədə özü və maşında olan əmisi Sakit xəsarət alsalar da arxada əyləşən dostu Elmar Qasımov heç bir xəsarət almamışdır. Daha sonra hadisə yerinə yol polis əməkdaşları gəlmişlər. Xəsarət aldığı üçün Bakı şəhərində yerləşən Travmatologiya inistitutuna getmiş və orada həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə nəticəsində avtomaşını saatda 70 km sürətlə idarə etdiyini, qarşısında olan avtomaşını təxminən 5-10 metr məsafədən gördüyünü, lakin avtomaşını saxlaya bilmədiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdərəsinin polis mayoru X2 22 avqust 2020-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmişlərlə barışdığını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1392/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1392/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver