Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1393/2024 01.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞnin sahə rəisi, polis kapitanı X6 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə qaydalarını pozduğu üçün Abşeron Rayon DYPŞ əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüdən spirtli içki qoxusu gəldiyindən alkotestrdən keçməli olduğu bildirilmişdir. Sürücü alkotestrdən keçmiş və içkili olduğu müəyyən edilmiş, lakin sürücü bunu inkar edərək müayinəyə getməyi tələb etmişdir. Polis əməkdaşları sürücünü müayinəyə aparan zaman özü-özünə yumruq zərbəsi ilə sağ qaş nahiyəsinə xəsarət yetirmişdir. Polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinə gətirilmiş daha sonra sərxoşluq müayinəsindən keçirmək üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən sərxoşluğun müayinəsi mərkəzi aparsalar da Şəxs təkrarən müayinədən imtina etmişdir. Bununla da Şəxs qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olduğu təqdirdə onun barəsində inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. İdarədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etmədi və izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Spirtli içki qoxusu gəldiyindən alkotestrdən keçməli olduğu bildirilmişdir. Bu zaman ona içkili olduğu bildirilmişdir, lakin o spirtli içki qəbul etmədiyini bildirərək polis əməkdaşlarına onu müayinəyə aparmaqlarını tələb etmişdir. Polis əməkdaşları onu müayinəyə aparan zaman o, müayinə mərkəzinə deyil başqa xəstəxanalara aparmaqlarını bildirirək bundan imtina etmişdir. Bundan başqa polis əməkdaşlar onu təhrik etmişlər. Həmçinin nəzərə çatdırır ki, onun alnındakı qanın necə və haradan yarandığını xatırlamır. Ola bilsin ki, harasa dəyib. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ DYP-nin İnzibati Təcrübə üzrə inspektoru, polis kapitanı Zülfüqar Səfərəliyev bildirdi ki, 30 iyun 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmışdır. Sürücüdən spirtli içki qoxusu gəldiyindən alkotestrdən keçməli olduğu bildirilmişdir. Sürücü alkotestrdən keçmiş və içkili olduğu müəyyən edilmiş, lakin sürücü bunu inkar edərək müayinəyə getməyi tələb etmişdir. Avtomobil duracağa aparılan zaman avtomobildə ailəsi də olmuş, yolda digər sürücü tərəfindən qayda pozuntusunu müəyyən etmiş və bu zaman həmin qadın sürücünün müvafiq sənədləri olmadığı üçün onun da avtomobilinin duracağa aparılmalı olduğunu müəyyən etdilər. Bu zaman polis baş serjantı Emin Məmmədzadə ona digər xanım sürücünü duracağa təmin olunmaq üçün onunla məşğul olmalı olduğunu bildirən zaman, Şəxs səhv başa düşərək onun xanımını təhqir etdiyini onlara bildirmişdir. Onlar Şəxs onun xanımını deyil, digər sürücünü duracağa aparmaq üçün söylədiklərini bildirsə də Şəxs buna qulaq asmamışdır. Daha sonra sürücünü müayinəyə aparan zaman avtomobildə mobil telefon vasitəsilə onların səsini yazmış, daha sonra avtomobildə özü özünün sol qaş nahiyəsinə zərbə ilə xəsarət yetirmişdir. Belə ki, avtomobili özünün idarə etdiyini, digər polis əməkdaşının isə sağında otuduruğunu, Şəxs sol qaşına xəsarət yetirərək guya polis əməkdaşlarının onun döydüyünü bildirmişdir, Emin Məmmədzadə onun sağında oturmuş, sürücü isə sol qaşına xəsarət yetirmişdir. Bunun heç bir məntiqə uyğun olmadığını bildirmişdir. Müayinəyə aparılan zaman müayinədən imtina etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gətirilən zaman da mobil telefonunu təhvil verməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ DYPŞ-nin inspektoru Emin Məmmədzadə digər şahidlə eyni məzmunda ifadə vermişdir. X1 barəsində inzibati protokol tərtib olunmuş şəxsin himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin iş materiallarında olan raportdan görünür ki, 30 iyun 2024-cü il tarixdə **-XA-*** xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə qaydalarını pozduğu üçün Abşeron Rayon DYPŞ əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüdən spirtli içki qoxusu gəldiyindən alkotestrdən keçməli olduğu bildirilmişdir. Sürücü alkotestrdən keçmiş və içkili olduğu müəyyən edilmiş, lakin sürücü bunu inkar edərək müayinəyə getməyi tələb etmişdir. Polis əməkdaşları sürücünü müayinəyə aparan zaman özü-özünə yumruq zərbəsi ilə sağ qaş nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman həmin şəxs Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, daha sonra yenidən həkim müayinəsinə aparılmış, sürücü bundan yenidən imtina edərək tabesizlik göstərmiş, onların qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs 30 iyun 2024-cü il tarixdə 20:30 radələrində tutulmuşdur. Təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs polis idarəsində olarkən polisə qarşı aqressiv davranışlar nümayiş etdirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi şəxsin himayəsində iki azyaşlı uşağın olması müəyyən edilmişdir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 () manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1393/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1393/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver