Məhkəmə qərarları › İş №3(012)-1394/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1394/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1394/2022 30.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-in Qobu PB-nin sahə rəisi polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYP-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* seriyalı və xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində küçədə Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı avtomobilin güzgüsünü zədələmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-in Qobu PB-nin sahə rəisi polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü hər iki maddə üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki,. Abşeron rayonu, Qobu qəsəbəsində ona məxsus fərdi yaşayış evi vardır. Həmin evin sol tərəfindəki fərdi yaşayış evində Təranə adlı şəxs yaşayır. Təxminən 2-3 ay bundan əvvəl Təranə adlı şəxs ona məxsus hasarının bayır tərəfində hasara bitişik yeri təxminən 4 metr uzunluğunda, 60 sm enliyində yeri armatur və dəmir torla(setka) hasara alıb orada dekorativ güllər və balaca ağaclar əkmişdir. Təranə dəfələrlə ona məxsus darvazanın ağzında gül əkdiyini dediyi üçün o da bu səbəbdən ondan həmin gülləri çıxarıb öz həyətində əkməsini istəmişdir. xx.xx.2022- ci il tarixdə həmin gülləri, 1 ədəd balaca albalı ağacını və 2 ədəd balaca dekorativ ağacları yerindən çıxarıb Təranənin öz qapısının ağzına qoymuşdur ki, öz həyətində əksin. Həmin gülləri çıxararkən oradakı armatur və dəmir toru da çıxarıb güllərin yanma qoymuşdur. Daha sonra Təranənin oğlu Amid ona zəng edib həmin armatur və dəmir toru gəlib küçədən yığışdırmağını istəmişdir və telefonda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Amid Abşeron rayonu, Qobu qəsəbəsi, “Yurd” marketin yaxınlığında onunla görüşməyi təklif etmişdir. xx.xx.2022ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, “Yurd” marketin yaxınlığında Amid adlı şəxslə görüşmüş və o, avtomobilə əyləşməyini istəmişdir. Aralarında sözlə mübahisə yaranmış və Amidin onu avtomobil ilə başqa yerə aparmaması üçün avtomobilin açarını götürmək istəmişdir. Bu zaman ehtiyatsızlıqdan əli avtomobilin güzgüsünə və bəzi düymələrinə toxunaraq onları zədələmişdir. Mübahisə zamanı o, qəsdən Amidə heç bir xəsarət yetirməmişdir. Aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Əməli səmimi etiraf edir, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, X4 onun doğma anasıdır. Onların evinin sağ tərəfində Cavid adlı şəxsə məxsus fərdi yaşayış evi vardır. Anası təxminən 2 il bundan əvvəl Cavid adlı şəxsin hasarının bayır tərəfində küçədə təxminən 4 metr uzunluğunda, 60 sm enliyində yeri armatur və dəmir torla(setka) hasara alıb orada dekorativ güllər və ağaclar əkmişdir. Həmçinin həmin güllərin və ağacların olduğu yer dəmir tor və armaturla hasara alınmışdır. xx.xx.2022-ci il tarixdə Cavid adlı şəxs həmin gülləri və ağacları yerindən çıxarmış, armatur və dəmir toru dağıtmışdır. O da bu səbəbdən Cavidə zəng edib dağıtdığı armatur və dəmir toru gəlib küçədən yığışdırmasını tələb etmişdir. Daha sonra Cavid özü ona zəng edərək Abşeron rayonu, Qobu qəsəbəsi, “Yurd” marketin yaxınlığında görüşməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Abşeron rayonu. Qobu qəsəbəsi. “Yurd” marketin yaxınlığında Cavid adlı şəxslə görüşmüş və ona avomobilinə əyləşməsini demişdir. Aralarında sözlə mübahisə yaranmış və o, avtomobilin pəncərəsindən ona yaxınlaşmışdır. O, özünə məxsus olan, etibarnamə ilə idarə etdiyim “VAZ 2107” markalı, **-LX-*** d.q.n. avtomobildən düşmək istəyərkən Cavid əli ilə onun boğaz nahiyəsindən tutmuş və avtomobildən düşməyinə mane olmuşdur. Daha sonra o, polis çağırılmasını istəyərək əli ilə avtomobilin salonunda avtomobilin açarını axtarmağa başlamışdır. Bu zaman onun əli avtomobilin salonunda güzgüyə, qəza işığının düyməsinə və qapının şüşəsinin düyməsinə toxundu və qeyd olunan əşyalar zədələndi. Ona güzgünün sınması nəticəsində 50 manat, qəza işığının düyməsinin zədələnməsi nəticəsində 20 manat, qapının şüşəsinin düyməsinin zədələnməsi nəticəsində 10 manat maddi ziyan dəymişdir. Aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir Həmçinin daha sonra ona məlum olmuşdur ki, mübahisə zamanı əlində olan özünə məxsus “İphone 6S plus” markalı mobil telefonun ekranı da zədələnmişdir və bunun da nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə zərərçəkmiş şəxsə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 1191 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyunun ön və yan səthlərinin sıyrığı və qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəaitdə, yəni başqa şəxs tərəfindən boyunun əllə sıxılması nəticəsində əl barmaqlarının və barmağın dırnağının təsirindən əmələ gələ bilərdilər. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Abşeron rayonu, Qobu qəsəbəsində X1 güllər üçün düzəltdiyi dəmir toru və armaturu qəsdən dağıtmaqla ona 100 manat maddi ziyan vurmuş, orada əkilmiş güllərə və ağaclara heç bir zədə yetirmədən öz həyətində əkməsi üçün çıxarıb Təranə Həsənzadənin həyətinə qoymuş, daha sonra sözügedən məsələnin həlli üçün Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs ilə söhbət edərəkən aralarında yaranmış mübahisə zamanı barmaqları ilə Zərərçəkmiş şəxs boyun nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, eyni zamanda ona məxsus “VAZ 2107'' markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin güzgünü, qəza işığının düyməsini, qapının şüşəsinin düyməsini ehtiyatsızlıqdan zədələyərək 80 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, tərəflər arasında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər baş verməmiş, mübahisə ictimai xarakter almayıb, şəxsi münasibətlər zəmnində baş vermişdir. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “İphone 6S plus" markalı mobil telefon mübahisə zamanı öz əlində olmuş və öz ehtiyatsızlığından həmin mobil telefonun ekranı zədələnmişdir. Qeyd edilən əmlakın ehtiyatsızlıqdan zədələnməsi nəticəsində zərərçəkənə dəymiş ziyan 80 (səksən) manat təşkil etdiyindən Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin tərkibi özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etdikdə və ya zədələdikdə yaranır. Şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilin açarını götürmək istəyərkən sonuncuya 80 manat maddi ziyan vurmuşdur. Ona görə də Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş döymə kimi və X1 güllər üçün düzəltdiyi dəmir toru və armaturu qəsdən dağıtması isə Azərbaycan Respublikası İXM-nin 232-1 -ci maddələrində nəzərdə tutulmuş “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” kimi qiymətləndirilmiş,material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1 -ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Qobu PB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi 157 və 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar