Məhkəmə qərarları › İş №3(012)-1395/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1395/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1395/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs olan "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, hüquqi şəxs olan "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, "Bakı Mühəndislik Universiteti" –nə sorğu daxil olan kimi sorğuya cavab verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli AP 0159077nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Abşeron rayon polis idarəsinin məktubundan və məktubun rəsmi qaydada qəbul edilməsi barədə xəbərnamə Abşeron rayon polis idarəsi DYPŞsitərəfindən haqqında xx.xx.2020-ci il tarixli AP 0159077nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxsə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan "LF 7201B-X70 Minik" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə, saat 20:41 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub xx.xx.2020-ci il tarixdə şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdagöstərilənlərəəsasən və AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin40, 43, 48-51, 114-115 və128-130cumaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: "Bakı Mühəndislik Universiteti" Publik hüquqi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğindəinzibaticərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası şirkətin hüquqi ünvanı üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar