Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1398/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri X1, X4, X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyası, Yaroslov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon X8 Taleh İlqaroviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə X9 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük adlanan ərazidə yerləşən bağ evinin həyətində sonuncuya məxsus 70 manat dəyərində bir ədəd samovarı oğurlamaqla X9 maddi ziyan vurmuşdur. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı evin giriş darvazasının qarşısında saxladığı “Vaz 2107” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 60 manat dəyərində 01 ədəd ehtiyat təkəri, 20 manat dəyərində dərmanlar qutusunu, 20 manat dəyərində birləşdirici naqili oğurlamaqla Zərərçəkmiş şəxs7 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 01:13 radələrində X6 müdiri oğlu Bakı- Şamaxı yolu 1 ünvanında yerləşən yanacaq doldurma məntəqəsində olan zaman “Kia Optima” markalı avtomobilə 56 AZN dəyərində benzin vuraraq ərazidən uzaqlaşmaqla X10 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə X11 aldadaraq kreditdə olan “Huavvei P 30 Lite 4/128” markalı mobil telefonunu Xırdalan şəhərində yerləşən “Mono” marketin qarşısında 260 (iki yüz altmış) pulu ələ keçirərək X12 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin hasarına bəridilmiş 50 manat dəyərində su sayğacını oğurlamaqla Zərərçəkmiş şəxs9 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 Hikmət oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açma yolu ilə daxil olaraq orada olan 100 manat nəğd pul vəsaitini oğurlamaqla Zərərçəkmiş şəxs8 Hikmət oğluna maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 B ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən 01 ədəd 90 manat dəyərində kabab bişirmək üçün nəzərdə tutulmuş dəmir manqalı oğurlamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə saat 13 radələrindən xx xxxx 2020-ci il tarixdə saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 5 B ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən 100 manat dəyərində elektron tərəzini oğurlamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Sulutəpə dairəsi yaxınlığında yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinə “Kia Optima” markalı avtomaşınla müştəri qismində daxil olaraq yanacaq çəninin tam doldurulması üçün sifariş vermiş və operator X7 onun xahişini yerinə yetirmişdir. Lakin, o, 56 manat 11 qəpik təşkil edən ödənişi etmədən operatoru aldadaraq sürüb getməklə sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs1 məxsus içərisində şirniyyat və geyim əşyaları olan iki ədəd çantanı oğurlamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə Sulutəpə qəsəbəsinin Abşeron rayonunun inzibati ərazisinə aid olan hissəsində yol kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus gül dükanının qarşısından ümumi dəyəri 70 manat olan 13 ədəd təbii gülü oğurlamaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs5 Nazim oğlunun etibarından sui-istifadə edərək onun 92 manat pulunu ələ keçirərək ona maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri X3, X13 və X14 ifadələrində göstərdilər ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxsnunəməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək pula ehtiyacı olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini, etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxstərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1398/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1398/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver