Məhkəmə qərarları › İş №3(012)-1399/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1399/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1399/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Vəlizadə Kamal Təbib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Vəkil, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X12 oğlunun iştirakı ilə, xx.xx.1997-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2təbə, sol mənzildə kirayə yaşayan X11 oğlunun barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16.09.2021-ci il tarixdə X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X12 oğlu bildirdi ki, X11 oğlu 15.09.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, H. Əliyev parkının yanında polisin qanuni tələbinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11 oğlu tutduğu əməldən peşman olduğunu bildirərək izahatında göstərdi ki, 15.09.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, H. Əliyev parkının yanında barəsində axtarış elan edilmiş tanışı İbrahimova Nərgizlə gedərkən polsi əməkdaşı onları saxlayıb ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi bildirmiş, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün həmin sənədi polis əməkdaşına təqdim edə bilməmiş, polisin qanuni tələbinə tabe olmamış, onu Nərgizlə birlikdə Abşeron RPİ-ə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin əməliyyat müvəkkili X5 göstərdi ki, ailəsini tərk edərək itkin düşmüş X6 İxtiyar Nəsimi oğlu ilə qeyri rəsmi olaraq Biləcəri qəsəbəsində yaşadığı barədə məlumat alıb onun mobil telefonuna zəng edərkən o. müxtəlif bəhanələrlə onun çağrışına gəlməmiş və 15.09.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, H. Əliyev parkının yanında barəsində axtarış elan edilmiş Nərgizlə birlikdə gedərkən pols əməkdaşları onları saxlayıb X11 oğlundan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi bildirmiş, o.polisin qanuni tələbinə tabe olmamış, onu Nərgizlə birlikdə Abşeron RPİ-ə gətirmişlər. İş materiallarında olan 15.09.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X11 oğlu 15.09.2021-ci il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, X7 polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidin məhkəmədə verdiyi ifadələri və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, X4 cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. X4 məhkəmə zamanı 03 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Vəkil o oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. X7 məhkəmə zalında dərhal həbsdən azad edilsin. X4 məhkəmə zamanı 03 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Vəkil o oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Yevlax rayon Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar