Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-14/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X19 katibliyi ilə, X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə 17.01.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 ikayətini belə əsaslandırdı ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi əmək müfəttişi X15 MN1052291 nömrəli protokolu əsasında 01.10.2021-ci il tarixdə verilmiş ******* nömrəli qərarla o, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzası tətbiq edilmişdir. Hesab edir ki, ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin həmin qərarı qanunsuz və əsassızdır. Protokolda və qərarda qeyd edilən "xxxx" şirkəti onun adına olsa da, şikayətçilərin şikayətçi olduğu şəxs Məmmədov Tofiq adlı şəxsdir. Həmin şirkətin fəaliyyəti 2021-ci ilin avqust ayından dondurulmuşdur. Hətta qeyd edilən şirkətə tətbiq edilmiş cərimə ilə bağlı Abşeron rayon məhkəməsinə keçirilən məhkəmə prosesi də heç bir əsas olmadığından hakim tərəfindən xitam verilrərək geri qaytarılmışdır.Qeyd edilən qərar onun tərəfindən 05 oktyabr 2021-ci il tarixdə imzalanıb götürülmüşdür. Göründüyü kimi, işin faktiki halları təhrif edilmiş, əmək müfəttişliyinin əməkdaşı düzgün araşdırma aparmadan, mötəbər sübutlar toplamadan onu cərimə etmişdir. Göstərilənlərə əsasən, hesab edir ki, ƏƏSM yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin cərimə qərarı ilə onun hüquqlarını pozmaqla, fakt tam və obyektiv araşdırılmadan, işin həqiqi halları müəyyən edilmədən baxıldığından ləğv edilməlidir. Bu səbəbdən o, Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 barəsində tərtib olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, 3000 manat məbləğində cərimə olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 10 AZN olmaqla hüquqi ünvanı ünvan 1 Cəmiyyəti 25.06.2020ci ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X6r. (VÖEN: **********) Məhkəmə işin obyektiv baxılması üçün Bakı şəhər Yasamal rayon prokurorluğuna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə sorğu göndərmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi sorğuya cavab olaraq bildirmişdir ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "7.24 MEDİA GROUP” MMC (VÖEN: **********) 21.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. “Hüquqi şəxslərin fəaliyyətinin dayandırılması” ərizəsinə əsasən cəmiyyətin fəaliyyəti 05.08.2021-ci il tarixdən 01.07.2027-ci il tarixədək dayandırılmışdır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını araşdırmaq üçün Bakı şəhər Yasamal rayon prokurorluğundan “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X9 barəsində toplanmış material tələb olunmuşdur. Bakı şəhər Yasamal rayon prokurorluğundan 30.12.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuş 1285-Ş21 saylı müraciət üzrə toplanmış materialdan görünür ki, X7, X10, X11, X13, X4 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və X9 qanunsuz əməlləri ilə bağlı şikayət ərizəsi ünvanlanmışdır. İşin müəyyən edilmiş hallarından da görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X1 işçisi X18 vasitəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7, X10, X11, X13 və X3 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X8 haqlı və düzgün olaraq səlahiyyətli orqan tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X27 oğlu tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-14/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-14/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver