Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-14/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 katibliyi ilə, X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında işin icraatına xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırdı ki, Ekologiya YPX-nin TP № ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. O, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “TAYOTA PRİUS (HİBRİD)” markalı 77EB339 dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 7-ci km-də şəhər istiqamətinə doğru idarə edərkən, yolda soldan 1-ci zolaqda hərəkətdə olarkən qarşıdakı avtomobillərin anidən dayanması səbəbilə “HONDA (CRV)” markalı 90HM856 dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlamadığı üçün onun idarə etdiyi avtomobilə sürtmüş və avtomobilini əzmiş, həmçinin hadisə zamanı “102” xidmətinə zəng edilib xəbərdarlıq edilmişdir. Lakin günahın onun avtomobilinə xəsarət yetirən avtomobilin sahibində olmasına baxmayaraq, DYP-i onu təqsirli bilmiş sözügedən protokolu tərtib etmişdir. Hadisə yerində şəhər təhlükəsizlik kameraları olmasına baxmayaraq, yol nəqliyyat hadisəsi araşdırılarkən həmin kameralara baxılmamış, halbuki ora baxılarkən günahkarın kim olmasına aydınlıq gətiriləcəyi mümkün olardı. Hətta, sığorta şirkəti belə ona dəymiş ziyanı tam ödəmir. Təqsirli olan başqa şəxs, zərərçəkən o, olduğum halda protokolda hər şey əksinə qeyd olunmuşdur. Belə ki o, inzibati xəta törədən şəxs kimi göstərilmiş və bu səbəbdən də TP № ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında işin icraatına xitam verilməsi xahiş etdi İş üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Ekologiya YPX-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası DİN Ekologiya YPX-dən tələb edib nəzərdən keçirmişdir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tbbi müyainə protokolundan görünür ki, X3 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. BDYPİ-nin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 7-ci km-də “Honda” markalı, 90HM856 nömrəli avtomobil ilə Toyota markalı, 77EB339 nömrəli avtomobil toqquşmuşdur. Həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsi anını əks etdirən görüntü DİNin BDYPİ-nin kameraları vasitəsi ilə qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmuşdur. Beləki o, şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, hətta məhkəmə şikayətin obyektiv araşdılması məqsədi ilə sorğular vermiş, lakin onun şikayətininin təmin edilməsini təsdiq edən sübutlar əldə bilməmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında işin icraatına xitam verilməsi barədə şikayəti rədd edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Ekologiya YPX inspektoru X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında işin icraatına xitam verilməsi barədə şikayəti rədd edilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-14/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-14/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver